Özünə İnan və Çalış

Həyat imtahanlarında uğur qazanmağın yolları

 

Həyat imtahanlarında uğur qazanmağın yolları

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا فِي الْمَجَالِسِ فَافْسَحُوا يَفْسَحِ اللَّهُ لَكُمْ وَإِذَا قِيلَ انْشُزُوا فَانْشُزُوا يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

 

“Ey iman gətirənlər, sizə: “Məclislərdə yer verin!” deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və Behiştdə) vüsət versin. “(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!” –  deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır” (“Mücadilə” surəsi, ayə 11).

 

Bəşər fitrətən elm axtarandır, həqiqəti sevəndir. Müqəddəs dinimizdə və onun qanunlarını özündə əks etdirən Qurani-kərimdə elm və biliyin əhəmiyyəti haqqında çoxlu sifarişlər vardır. Bu əhəmiyyətə hətta hədislərdə və mütəfəkkirlərin buyurduğu kəlmələrdə də rast gəlmək olar.

Elm və savad öyrənmək ruhi və mənəvi cəhətdən insanı ali məqamlara çatdırır. Çünki elm öyrənmək insanın vücudunda böyük dəyişiklik yaradır. İnsanın fikrini ali dərəcələrə qaldırır, nəticədə insan və cəmiyyət zəlalət və azğınlıqdan xilas olar.

Elm öyrənməkdə meyl və iradənin böyük rolu var.

Elm və hikmət insanın üstünlüyünün əsasıdır. Bundan əlavə elm də bir ibadətdir. Bir saat elm öyrənmək bir gecə oyaq qalıb ibadət etməkdən üstündür.

Elm öyrənməyə mane olan səbəblərdən biri günahdır. Belə ki, günah bir sıra ibadətlərin tovfiqini aldığı kimi elm öyrnməyin də qarşısını alır.

Həzrət Əli (ə) bu barədə buyurur: “Allah-təala bir bəndəni xar etmək istəsə, onu elm öyrənməkdən məhrum edər”.

Elm əldə etmk hər bir şəxsə vacib olduğu kimi din və və elm alimlərinə ehtiram etmək, onların elmindən faydalanmaq hər bir insanın vəzifəsidir.

İmam Sadiq (ə) buyurur: “Alimləri yüngül sayan (məqamını kiçik bilən) öz dinini məhv etmişdir”.

Əli (ə) buyurur: “Ali və gözəl məqsəd onun sahibinin pakzadəliyinə dəlildir. İnsan həqiqətən üstün məqsəd uğrunda çalışsa mehriban olan Allah bütün çətinlikləri və maneələri ona asan edər”.

İnsan məqsədə çatmaq üçün gərək əvvəlcə öz istəklərini araşdırsın və müəyyənləşdirsin. Müəyyən bir hədəfə malik olmaq insana işə başlamaq üçün rəğbət və təkan verir.

Hədəf müəyyən olunduqdan sonra insan gərək daim ciddi şəkildə onun zehnində dolandırsın və onun ayrılmaz hissəsinə çevrilsin. Bu hədəf onun batini şəxsiyyətinin tablosudur.

Əgər insan bütün həyatı üçün bir proqram tərtib etsə və bütün fikirlərini, gücünü o məqsəd üzərində cəmləşdirsə mütləq müvəfəqiyyət əldə edər.

Məqsədlərinizi hamı üçün aşkar etməyin. Təvazökarlıqla öz daxili enerjinizi, qeyri-adi və ilahi istedadınızı məqsədlərinizin üzərində cəmləşdirin və həyata keçirin. Güvəndiyiniz şəxslərin təcrübə və məsləhətlərindən istifadə edin.

 

Məqsədin müəyyənləşməsinə təsir edən amillər

 

  1. Özünü tanımaqhər kim öz nəfsini tanısa əzəmətli bir şəxsiyyət sahibi olar. İnsan yalnız o zaman müvəfəqiyyət və kamal əldə edə bilər ki, vücudunun gövhərlərini tanısın, onlardan öz ali məqsədlərinə çatmaq üçün istifadə edib bəhrələnsin.

İnsan öz zahiri və batini xüsusiyyətlərini, maraq dairəsini, zəif və qüvvətli nöqtələrini tanımasa zəif cəhətlərini aradan necə qaldırıb, istedadlarını inkişaf etdirər və necə öz qabiliyyətlərin uyğun bir sahə seçə bilər?!

Həmçinin özünü tanıma mənəvi məqamlara çatmaqda çox faydalı bir mərifətdir.

Əli (ə) buyurur: “Özünü tanımaq bütün mərifətlərin ən faydalısıdır”.

Özünü tanımağın faydalarından biri öz nəfsinə etimadın artması, nəfsin izzət-qürur və təkəbbürdən uzaq olmasıdır.

Nəfsinizi tanımaqla öz mənəvi dəyərlərinizin həqiqi düşmənini tanıyın, onlarla mübarizə aparın və kamalın ali dərəcələrinə çatın.

 

  1. Cəmiyyətin ehtiyacıhəyatda məqsədi müəyyənləşdirməkdə təsiredici amillərdən biri cəmiyyətin ehtiyaclarına diqqət yetirməkdir. Hər bir cəmiyyətin çətinlik və ehtiyacları vardır. Və hər bir fərdə gücü və imkanı daxilində bu müşkülləi aradan qaldırmaq vacibdir.

 

Özünüzə və xalqa heç bir faydası olmayan məqsədlərin ardınca getmək boş yerə əziyyət çəkməkdən başqa bir şey deyil. Cəmiyyətə və xalqa xidmət etmək üstün ibadətlərdən sayılır. Məsələn, yaxşı işlərə dəvət edib pisliklərdən çəkindirməklə cəmiyyətin saflaşması üçün çalışmaq və bunu özü üçün daimi bir hədəf götürmək olar. Həmçinin ölkənin başqa dövlətlərdən asılı olan sahələrini nəzərə alaraq daxili istehsalı artırıb ölkəni bu asılılıqdan qurtaraq, millətin rifahı üçün çalışmaq və bu hədəfə malik olmaq.

Əgər istedadlarımızı daha mühüm və daha həyati işlərə sərf etsək daha çox müvəfəqiyyət qazanarıq.

 

  1. Məsləhət Həzrət Əli (ə) buyurur: “Sənin məsləhət edəcəyin ən yaxşı şəxs təcrübə toplamış şəxsdir”.

 

Seyyid Möhsün Murtəza

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 4442, 

Dostların veb səhifələri

14273515
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2934
8985
32489
14090902
165328
173495
14273515

sizin IP ünvanınız: 3.81.57.77
2024-03-29 10:02

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!