Print this page

Dini Terminlər

Terminlər

 
(2 votes)

 

Terminlər

«Fasiq»  sözünün mənası

 

Fisq  lüğətdə mənası «çıxmaq, xaric olmaq» deməkdir. «Fəsəqə» yəni, «xaric oldu». «Fasiq» «düz yoldan çıxan adama» deyilir. «Fasiq» sözü əsasən,İslam terminində istifadə olunur, fiqhi termində isə «adil» kəlməsinin müqabilində işlənir.

 Adil – lüğətdə mənası «məhkəmə», «ədalət hökmü», «Allahın ədaləti», «fəlsəfə ədaləti» kimi işlənməklə yanaşı,«fiqhi ədalətə» də şamil olur. Adil o adama deyilir ki, Allahın haram etdiyi böyük günahlardan çəkinsin (müctəhidlərin şərtində və imam camaatın şərtində deyildiyi kimi), kiçik günahlara isə israr etməsin. Məsələn, ildə, on ildə bundan bir dəfə kiçik günah görünsün. Belə şəxsə «adil» deyilir. Əksi isə «fasiq»dir. Yəni, böyük günahı açıq-aşkarda edən adam.

Nüzul səbəbləri nə deməkdir?

 

Nüzul səbəbi (şəni nüzul) «nəzələ» sözün kökü olub, lüğətdə «nazil olmaq», «enmək» mənasındadır.Lüğətdə bir neçə mənada gəlsə də, Quranda əsasən «nazil olmaq» mənasında işlənib.Quranın ayələri tədriclə və müəyyən müddətə nazil olubdur. Quranın tədriclə nazil olmasının bir məsələ ilə əlaqəsi vardır. Ona da «nüzul səbəbləri», yaxud «şəni-nüzul» deyirlər.

Quran ayələri iki hissəyə bölünür:

1. Ümumi camaatı hidayət və irşad etmək üçün nazil olan ayələr.

2. Xüsusi səbəbə görə nazilolan ayələr.

Surələrin çoxu Peyğəmbərin (s) risaləti dövründə baş verən hadisələrlə əlaqədar və ya ondan olunan suallara cavab olaraq nazil olmuşdur. Bu səbəblərə «nüzul səbəbləri» və yaxud «şəni-nüzul» deyilir.

Təhrif lüğətdə bir neçə məna daşıyır. Əsasən kəlməyə aiddir. «Döndərmək», «çevirmək», «dəyişmək», «bir kəlməniöz əsl halətindən və ya kökündən (mənaca) dəyişmək»dir. Bəzən kəlmədə bir hərfi belə dəyişmək də, istər mənası aradan getsin, istərsədə qalsın, təhrif hesab olunur.Bu mənaların bəzilərinə Quranda da rast gəlmək olar.

Əgər hər hansı bir kəlmə və ya ifadə özünün həqiqi mənasında deyil, digər mənalarda işlənilərsə, təhrif olunmuş hesab olunur. «Nisa» surəsinin 46-cı ayəsində bu barədə deyilir: «Yəhudilərdən bir qismi sözlərin yerini dəyişib təhrif edir...»

Təravih namazıRamazan ayının gecələrində təhəccüdlə məşğul olmaq çox təkid olunmuş müstəhəb əməllərdən sayılır.

 

Təravih kəlməsinin lüğəti və istilahi mənası

Təravih «tərvihə»nin cəmidir. Tərvihə «rahət» kəlməsindən götürülmüşdür. «Rahət» –yorğunluğu və çətinliyi aradan aparmağa deyilir. Tərvihə isə əslində ümumi şəkildə oturuşa deyilir. Elə buna görə Ramazan ayının gecələrində qılınan dörd rükətli namazların arasında oturuşa deyilir. Çünki insanlar hər dörd rükətdən sonra istirahət etdikləri üçün ona tərvihə deyilir. Tərvihə də ərəb dilində «rahət»in təkidir (yəni onun bir dəfəsinə deyilir).

Təhəccüdgecəni oyaq qalaraq ibadətlə məşğul olmağa deyilir.

TərtilYumşaq, ahəstə, kəlmələrdəki ədəb qaydalarına riayət etməklə, Quranı düzgün qaydalarla, aramla, xoş avazla, kəlmələri gözəl əda etməklə oxumaqdır. Quranın qiraətində tərtil, nəzm, ayələri təcvid qaydaları ilə oxumaq və vəqf yerlərini qorumağa deyilir.

Bəyyinə sözünün mənası sözə «aydınlıq gətirmək» deməkdir. Yəni, insan bir sözü dedikdə onu açıqlamaq üçün gətirdiyi dəlil-sübut çox aydın olmalı və qaranlıq heç bir məqam qalmamalıdır. İnsanın bir sözü sübut etmək üçün aydın dəlillər gətirməsinə «bəyyinə» deyilir. «Bəyyinə» Quranın sifətlərindən biridir.

Hikmətkəlməsi lüğətdə «hökm» sözündən götürülmüşdür. «Hökm» - «yasaq» mənasındadır. Çünki ədalətli hökm zülmə mane olur. Atın və ya digər heyvanların cilovuna (hökm maddəsindən götürülməsinə əsasən) «həkəmə» deyilir. Çünki o, heyvanı yüyənləyir. Elm «hikmət» adlanıb, ona görə ki, alimin cəhlini, biliksizliyini aradan qaldırır. Həmçinin, toxunulmaz bir şey «möhkəm» sifəti ilə vəsf olunur. Əslində hikmət «ehkam» sözündən götürülüb, elm, söz, əməl və hər bir şeydə möhkəm olmaq mənasındadır. «Hikmət» kəlməsi lüğət baxımından bir şeyin möhkəm olmasından xəbər verir, maddi və mənəvi baxımdan toxunulmaz və güclü olan hər bir şeyə şamil olunur.

 

Hikmət kəlməsinin Quran və hədisdə mənası

Qurani-Kərimdə «hikmət» kəlməsi 20 dəfə işlənib. Allah-Taala bu səmavi kitabda 91 dəfə özünü «həkim» («hikmət sahibi») kimi tanıtdırıb. Bu kəlmənin İslam mənbələrində işlənmə yerlərinə diqqət etdikdə məlum olur ki, Quran və hədis baxımından «hikmət»in tərifi belədir: «İnsan tərəfindən məqsədə nail olmaq üçün möhkəm şəkildə elmi, praktiki və psixoloji hazırlıqlara «hikmət» deyilir.

Sünnət – Lüğətdə üslub və yol deməkdir. Hədis elminin terminlərində- məsum imamların sözü, əməli və təsdiqindən ibarət olan hekayələrə sünnət deyilər. Məsələn, hədislə sünnəti bir-birindən ayırmaq üçün belə bir misal gətirmək olar. Tutaq ki, hər hansı bir məsum söyləyir: “Peyğəmbər (s) namaz qılanda axırıncı səcdəni uzun deyərdi. Mən bunu belə görmüşəm”. Məsumun bu sözü hədisdir, amma Peyğəmbərin (s) sonuncu səcdəni uzun deməsi sünnətdir. Hədis yalnız sözə deyilir, sünnət anlayışı isə daha geniş olub həm sözü, həm əməli və həm də təsdiqi əhatə edə bilər.

Hədisi-Qudsi – Qurani-Kərimin ayələri Allah tərəfindən əziz İslam Peyğəmbərinə (s) (həm kəlməsi, həm də mənası), cənab Cəbrail vasitəsilə nazil olmuşdur. Həmçinin, Peyğəmbərimiz (s) öz həyatı boyu elə sözlər buyurmuşdur ki, onlar da Allah tərəfindən cənab Cəbrail vasitəsilə o həzrətə göndərilmişdir, ancaq bunlar ayə deyildi, ecaza malik olmamışdır. Bu qəbil sözlərə Hədisi - Qudsi deyilir.

Mushəf – Quranın digər adlarındandır. Lüğətdə mənası səhifələnmiş kitabdır. Bu ad Quranda qeyd olunmasa da Peyğəmbərin (s) rəhmətindən sonra müsəlmanlar arasında geniş yayılan məşhur adlardan olub. “Səhifə” yazılmış olan hər bir şeyə şamil edilir. Mushəf isə iki tərəfli cild arasında yerləşmiş yazılı səhifələrin məcmuəsidir.

İstifadə olunan ədəbiyyat:

«Əd-durrul-mənsur», 6/512

«Mocəmu-məqayisul-lüğə» – «həkəm» sözü

«Əs-sihah», 5/1902

«Ruhul-məani», 3/41

İlahiyyatçı, islamşünas: Vəsilə Zahidqızı

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4917,