Print this page

Dini Terminlər

Möhkəm və mütəşabeh

 
(1 Vote)

                                                                                               Möhkəm və mütəşabeh

«Möhkəm» sözünün lüğətdə kökü «həkəmə»dir, mənası qadağan etmək və ya qadağan olunmuş deməkdir.

Rağib İsfahani deyir: “Həkəmə sözünün kökü islah mənasındadır və müəyyən işlərin qarşısını almaq deməkdir. “Möhkəm” isə həm ləfzi və həm də mənəvi cəhətdən izahında heç bir şübhə, tərəddüd olmayan sözə deyilir”.

Qurani-Kərimin möhkəm ayələrindən birini misal çəkək:

الر كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِنْ لَدُنْ حَكِيمٍ خَبِيرٍ

Əlif, Lam, Ra! Bu, ayələri hikmət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki,

Şərif ayədə məna tam və aydındır. “Möhkəm” dedikdə mənası tam aydın olan və haqqında digər mənaların ehtimal verilmədiyi ayələr nəzərdə tutulur. Buna misal Quranda bir sıra şəriət hökmləri, ibrətamiz söhbətlər və s. ayələri göstərmək olar. “Əhkam” sözünün mənası çatışmamazlıq qarşısında möhkəm və yenilməz deməkdir. Quran bütövlükdə bu cəhətdən möhkəm sayılır. “Mütəşabih” isə gözəllik, doğruluq, savab, həmçinin, nöqsan və ziddiyyətdən kənarda bir-birinə bənzərlikdən ibarətdir. Quran bütövlükdə bu baxımdan bir-birinə bənzəyir. “Mütəşabih” isə barəsində bir neçə mənaların ehtimal olunduğu və şübhə doğuran ayələrə deyilir.

Möhkəm və mütaşabih terminləri əsasən Quran elmində istifadə olunur. Quranda bəzi işlər vardır ki, onları başa düşməmək ona əl çatmazlığa bərabərdir. Bu işlərdən də biri «möhkəm və mütəşabeh»dir. “Möhkəm” dedikdə mənası özü-özlüyündə tam aydın olan və barəsində başqa məna verilməyən ayələrə deyilir. “Mütəşabeh” isə onun əksinə, mənası tam aydın olmayan və barəsində müxtəlif nəzərlər verilən ayələrdir. Hətta bəzən mütəşabih ayələri möhkəm ayələrlə şərh etdikdə mənaca möhkəm ayəyə çevrilir. “Mütəşabih” – sözü bir-birinə oxşayan müxtəlif şeylərə deyilir.

Hər iki termin məxsusi Quran elmlərinə aiddir. “Möhkəm” ayələr “Ummul-Quran”, (Quranın anası) ünvanı ilə qələmə verilmişdir. “Mütəşabeh” ayələrin də özündə böyük hikmətlər vardır.

“Mütəşabih” – sözü bir-birinə oxşayan müxtəlif şeylərə deyilir.

                                                                                           Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 2534,