Hikmət Xəzinəsi

Quran qiraətinin fəziləti

 
(0 votes)

                                                                                       Quran qiraətinin hikməti

Varlıq aləmində heç bir kitab fəzilət və üstünlükdə Qurani-Kərimə çata bilməz. Çünki Quran bütün Allah nəbilərinin təlim etdiklərinin məcmuəsidir. Daha doğrusu, Quran bütün yaranmışların ən üstünüdür. Rəsuli-Əkrəm (s) buyurub:  

القران افضل کل شی دون الله

“Quran Allahdan başqa hər bir şeydən üstündür”.

Bir halda ki, Quran belə bir üstünlüyə malikdir, hər bir müsəlmana onun mənasını öyrənib əməl etmək vacibdir. Quranla tanışlığın ilkin mərhələsi Quran tilavətidir. İmam Sadiq (ə) Quran tilavətinin əhəmiyyəti barədə buyurub:

“Hər bir möminə layiqdir ki, Quran öyrənməmiş ölməsin və yaxud öldüyü zaman Quran öyrənməkdə olsun” (Üsuli kafi, c.2, səh.444).

Gün ərzində hər bir mömin şəxs Qurandan müəyyən qədər oxumalıdır. Çünki oxuduqca Allahın göstərişləri ilə daha da yaxından tanış olur və Quranın nuru ona sirayət edir. Quranda Allah-Taala belə buyurur:

فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ

“İndi isə, siz Qurandan müyəssər olanı oxuyun” (“Muzzəmmil” surəsi, ayə 20)

Quran qarisinin fəziləti

Hər kəs dini rəhbərlərin dediyi kimi, Quranı oxuyub ona əməl etsə, mömin və müttəqi olar. Mömin bir şəxs isə Allahın verdiyi vədəyə əsasən dünyada başıuca və izzətli olar:

وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ

“İzzət və başıucalıq Allah, onun rəsulu və möminlər üçündür” (“Munafiqun” surəsi, ayə 8)

Həmçinin Quran qarisi Qiyamətdə də başıuca olacaqdır. Peyğəmbər (s) buyurub:

“Quran tilavət edin! Həqiqətən də, behiştin dərəcələri Quran ayələrinin sayı qədərdir. Qiyamət qurulduqda Quran qarisinə deyə

rlər: “Oxu və ucal”. O, oxuduğu hər bir ayə ilə bir dərəcə yuxarı qalxar” (Vəsailuş-şiə).

Əlbəttə, bu məqam Qurana əməl edənlərə aiddir. Elə Quran oxuyanlara aiddir ki, Quran və Allah nuruna qərq olmuşlar.

Peyğəmbər (s) buyurub: “Ümmətimin ən şərəfliləri Quranı daşıyanlardır (ona əməl edənlərdir)”.

 Quran tilavətinin qaydaları...

  • Təharət və paklıq

Quran qarisinin ilk vəzifəsi təharətli olmaqdır. Əgər qari Qurana əl vurmaq istəsə və yaxud əlinin Quran yazısına dəyəcəyinə ehtimal versə, gərək dəstəmaz alsın. Allah-Taala Quranda buyurub:

لا يَمَسُّهُ إِلا الْمُطَهَّرُونَ

“Pak olanlardan başqaları ona (Qurana) əl vurmasınlar” (“Vaqiə” surəsi, ayə 79).

Quran yazısına əl vurmasa belə, tilavət zamanı dəstəmazlı olmaq müstəhəbdir.

  • Ağız boşluğunun təmizliyi

Allah Rəsulunun (s) xüsusiyyətlərindən biri də bu idi ki, ibadət etdiyi, Quran oxuduğu, gecə namazı qıldığı zaman dişlərini yuyar və müsəlmanları dəfələrlə bu işə təşviq edib buyurardı: “Quranın yolunu paklayın”.

  • Zahiri paklıq və gözəllik

Yaxşı olar ki, hər bir müsəlman Quran qiraəti zamanı bədənini, libasını paklasın, xoş ətirlərdən istifadə etsin, saçını, üzünü səliqəyə salsın. Yaxşı olar ki, bu qaydalara hər dəfə Quran oxuduqda riayət etsin.

  • Quranı ixlasla oxumaq

Quran oxuyan müsəlman Quranı Allahın razılığı üçün oxumalıdır. Ümumiyyətlə, hər bir ibadət Allah dərgahında xalis niyyət ilə qəbul olunar.

İmam Sadiq (ə) buyurub: “Hər kəsin əməli onun niyyətinə bağlıdır” .

 

Diqqətli ol!!!

Şeytanın pusqu qurduğu yerlərdən biri də Quran tilavəti zamanıdır. Xüsusilə, əgər məclisdə oxunarsa. Görürsən ki, insanı belə vəsvəsə edir: “Bax gör necə gözəl oxuyursan. Hamı səni alqışlayır” və yaxud: “Sən başqalarından yaxşı oxuyursan. Ona görə də camaat sənə hörmət edir” deyərək ixlası aradan aparmağa çalışır. Hətta evdə belə bu cür vəsvəsələrdən can qurtarmaq çətindir, müxtəlif fikirlər, xəyallar diqqəti yayındırır.

Nə etməli???

Gərək tilavət zamanı Quranın Allah kəlamı olduğunu və heç bir kəlamın onun qədər möhtərəm olmadığını düşünəsən. Quranı itaət və bəndəliyi Allaha göstərmək, nicat tapmaq üçün oxuyasan. Şeytanın vəsvəsələrinin cavabında gərək nəfsinə xitab edərək deyəsən ki, məndən də gözəl oxuyanlar var. Peyğəmbər (s) və Allah övliyaları öz səsləri ilə fəxr etməmişlər. Kəlam Allahın, səs onun vergisidir, biz yalnız vasitəyik. Elə bir vasitə ki, Allah onu Quran ilə şərəfləndirib, ona minnət qoyub. Quranı gözəl oxumaq yox, ona gözəl əməl etmək insana nicat verər. O kəslərdən olmayaq ki, Quran oxuyarlar və Quran onlara lənət oxuyar. Bu müraciət və tənbehlə nəfsimizi paklayaq və Quranı ixlasla oxumağa müvəffəq olaq.

İxlasla oxunan Quran tilavətinin əcri

Allahın Rəsulu (s) buyurub: “Hər kəs Quranı Allahın razılığı və Allah dinini anlamaq üçün oxusa, onun əcri (savabı) Allahın mələklərə, peyğəmbərlərə və rəsullarına verdiyi savab qədər olar”.

Dua edərək Allahdan istəyək ki: “İlahi, bizi kitabını oxumağa dəvət etdin və biz də qəbul etdik. Bizə kömək et ki, tilavət zamanı yalnız sənin razılığını düşünək”.

Allahın Rəsulu Quran hifz etmək üçün etdiyi dualarında deyir: “İlahi, məni onu (Quran) sənin razılığına səbəb olan tərzdə oxumağa vadar et”.

Tilavətdən əvvəl dua

Hər bir işi yerinə yetirmək üçün hazırlıq lazımdır. Quran tilavəti və Quran fəzasına daxil olmaq üçün də gərək hazırlıq görülsün. Bu hazırlıq yollarından biri “dua”dır, xüsusilə də bu dua əgər imamların dilindən olarsa. Onlar bilirlər ki, Quran fəzasına daxil olmaq və onu tilavət etmək üçün necə dua etmək, Allahdan nə istəmək lazımdır. Ona görə də qarilərin öz qiraətlərini din qabaqcıllarının gözəl sünnətinə uyğun və onlardan bizə gəlib çatan dualarla başlamaları bəyənilir. Xüsusilə, uzun müddət Quran oxumaq istədikdə. Burada məsumların dualarından birini sizə təqdim edirik. Hədis kitablarında nəql edilmişdir ki, altıncı imam Sadiq (ə) Quran qiraətindən əvvəl, onu əlinə götürəndə bu duanı oxuyurdu:

“Allahım! Şəhadət verirəm ki, bu, Sənin tərəfindən Peyğəmbər Muhəmməd ibn Əbdullaha (s) nazil olmuş həmin kitabdır. Sənin sözündür ki, Peyğəmbərin (s) dili ilə çatdırılmışdır.

İlahi! Sən Quranı öz tərəfindən yaradılışın yol göstərəni, Özün və bəndələrin arasında rabitə qərar vermisən.

İlahi! Mən əhdini (yazını) yaydım. Bu səbəbdən İlahi, nəzərimi onda ibadət, tilavətimi düşünməklə və fikirlərimi onda ibrət mayası qərar ver.

İlahi! Məni onun nəsihətlərindən ibrət alan kəslərdən eylə. Qulaqlarıma tilavət zamanı möhür vurma, gözlərimə pərdə çəkmə.

İlahi! Tilavətimi düşüncəsiz tilavətlərdən eləmə, mənə tovfiq ver ki, ayələr və onların hökmü barəsində düşünüm.

İlahi! Nəzərimi Quranda qəflət mayası, tilavətimi boş söz qərar vermə. Çünki, Sən mehriban və bağışlayansan”.

İlahiyyatçı: Sara. Ə. 

                                                                                     Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir 


 97, 

Dostların veb səhifələri

7147744
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3691
7684
32264
6957931
169826
199289
7147744

sizin IP ünvanınız: 3.238.107.166
2020-11-26 09:22

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!