İtaətin Nurunda

Təharət və təmizlik

Təharət və təmizlik

 

İslam dini bəşər həyatının maddi və mənəvi sahələrini nəzərə alaraq kamil bir proqram təqdim edir. Gigiyena və təmizlik də bəşər həyatının mühüm sahələrindən biri olduğu üçün İslam dini bu məsələyə xüsusi diqqət yetirmişdir.

Qurani-məciddə bu barədə buyurulur:

وَاللَّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ

“Allah pakları sevir” (Tövbə” surəsi, ayə 108).

 

Əziz Peyğəmbərimiz (s) paklıq barəsində belə buyurur:

  “Təmizlik imandandır”.

  “Təharət namazın açarıdır”.   

  “Din təmizlik üzərində qurulmuşdur”.  

  “Nə pis bəndədir natəmiz bəndə”.  

 

Təharətin dərəcələri

Təharətin dörd dərəcəsi var:

  1. Zahiri çirk, nəcis və natəmizlikdən təmizləmək;
  2. Bədən üzvlərini günah və pis əməllərdən təmizləmək;
  3. Qəlbi rəzilliklərdən paklamaq;
  4. Batini Allahdan qeyri hər bir şeydən təmizləmək. Yəni, həyatın bütün sahələrində yalnız Ona rəğbət göstərmək;

Sonuncu mərhələ ənbiya və siddiqlərə məxsusdur.

 

Təmizliyin bu dərəcələri həqiqətdə imanın dərəcə və mərtəbələridir. Hər mərtəbənin də özünəməxsus həddi var. Heç bir bəndə aşağı dərəcələrdən keçməyincə ali dərəcələrə çata bilməz. Beləliklə, “batinini Allahdan qeyrisindən təmizləmək” Allahın əzəmət və cəlalını tanımaqla islah olunmaq dərəcəsidir. Bu dərəcəyə yalnız o kəslər nail ola bilər  ki, özünü əxlaqi rəzillikdən təmizləyərək nəfsinə gözəl əxlaqla zinət versin. Bu mərtəbəyə isə bədən üzvlərini günahlardan paklayıb, onları itaət və ibadətə ram edənlər çata bilər.

 

Zahiri natəmizlikdən təmizləmək

Mərhum şəhid Sani buyurmuşdur: “Gərək insan bədən və libasını paklayarkən qəlbini çirkinlik və əxlaqi eybəcərliklərdən təmizləməyi düşünsün”.

 

İnsan cismini təmizlədikdə bir rahatlıq və yüngüllük hiss edir. İnsan gərək dərk edə ki, təqva və batini paklıq iki dünyanın rahatlığını ona bəxş edir. O, dünyada rahatlığı haram və şübhəli işləri tərk etməklə tapar.

Bəzən elə olur ki, insan özünü çox kiçik və zəif hesab edir. Bu da onda özünə inamsızlıq və ruh düşkünlüyü yaradır. Əgər bu hal uzun müddət davam edərsə, insanı ümidsizlliyə gətirər. Bu isə üsyanla nəticələnər. Odur ki, insan bu halı özündən uzaqlaşdırmağa çalışmalıdır. Bunun üçün o, ilk növbədə öz şəxsiyyəti və mahiyyəti haqqında düşünüb xeyirli aqibət, ali dərəcələrə ümid etməlidir. Günahlardan çəkinərək keçmiş xətalarından peşman olmalı və Allah-təala qarşısında küfr etməkdən həya etməlidir. İlahi əmrləri yerinə yetirib, qadağaları tərk etməyə çalışsın. Öz nəfsinə dünya müsibətlərində səbirli olmağı adət etdirib, şəhvətini ağlına ram etsin. Bu mübarizəni həqiqi həyat tərzini tapana qədər davam etsin. Yalnız bu halda Allah razılığının ləzzətini duya bilər. Çünki yeganə dayaq Odur və Ondan başqa pənah yeri yoxdur.

 

Misvak

Əziz Peyğəmbərimiz (s) buyurmuşdur: “Misvakla qılınan bir namaz misvaksız qılınan yetmiş beş namazdan üstündür”.

İmam Sadiq (ə) buyurub: “Gecə ibadət üçün qalxdıqda misvakdan istifadə et. Çünki bir mələk gələr, tələffüz etdiyi hər bir hərfi asimana aparar. Ona görə də yaxşı olar ki, nəfəsini və sözlərini ətirləndirəsən”.

“Misbahuş-şəriyə” kitabında imam Sadiqdən (ə) Rəsuli Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Misvak ağızı paklayar və Allahın razılığına səbəb olar”.

Həzrət Peyğəmbərin (s) heç zaman tərk etmədiyi sünnətlərindən biri dişləri fırçalamaq idi.

Misvakın bir çox zahiri və batini faydaları vardır ki, saymaqla qurtarmaz.

Ağıllı insan bilməlidir ki, misvakla nəfəsini təmizlədiyi kimi günahların qəlbdə yaratdığı çirkinlikləri də Allah qarşısında kiçilərək, özünü bir heç bilərək gecələr ibadət edib, məğfirət istəməklə təmizləyə bilər. Zahirini və batinini haramdan, Allaha itaətsizlikdən paklasın.

Əziz Peyğəmbərimiz (s) misvakı ağıl sahibləri üçün misal çəkir: Allah-təala dişləri çeynəmək, iştaha gətirmək və həzmdə mədəyə kömək etmək üçün vasitə qərar vermişdir. Onları saf və şəffaf maddədən yaratdı. Yemək yeyərkən çirklənir, ağzının iyi dəyişir və korlanır.

Mömin olan bir şəxs o lətif dişləri fırça ilə misvak etdikdə yeməyin yaratdığı kəsiflik aradan gedir və dişlər yenidən şəffaflaşır. İnsanın qəlbi də pak və saf xəlq edilmişdir. İnsanın qəlbi Allahı unutmaqla qaralaraq şəffaflığını itirdikdə onu diqqət  daşı ilə cilalayıb suyu ilə yumaq lazımdır ki, əvvəlki saflığına qayıtsın.

Qurani-məciddə buyurulur: 

 

 إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَيُحِبُّ الْمُتَطَهِّرِينَ

“Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir” (“Bəqərə” surəsi, ayə 222).

Peyğəmbərin (s) zahirdə dişləri təmizləməyə əmr etməkdə məqsədi “batini paklamaqdır”.

Bu mənaları dərk edən şəxsin üzünə Mütəal Allahın hikmət qapıları açılar.

Müəlliflik Hüququ Əbədi Nur Müssisəsinə aiddir

 

 


 4380, 

Dostların veb səhifələri

14263662
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2066
3903
22636
14090902
155475
173495
14263662

sizin IP ünvanınız: 44.201.24.171
2024-03-28 09:13

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!