İtaətin Nurunda

Vurmaqda qan bahası

 

 Vurmaqda qan bahası

Hər bir insanın boynunda iki hüquq var. Biri Allah haqqını ödəmək, biridə bəndə haqqını ödəmək. Bunlardan biri olmasa, insan tək qanadlı quşa bənzər. Tək qanadlı quş mənzil başına yetişə bilmədiyi kimi, insanında mənzil başı olan və ora üçün yarandığı cənnətə yetişə bilməsi, qeyri mümkündür.

İslamın gözəlliyindən biridə, insan haqqlarının qorunmasına böyük önəm verməsidir.

İslamın gəlişinin də ən böyük amal və məqsədi, tapdalanmış haqqları sahibinə geri vermək və bu yolda sona qədər mübarizə aparmaqdan ibarətdir. Tarixə baxsaq minlərlə insanların bu yolda dünyalarını dəyişmələrini görürük. Fikir versək hətta bəzi hallarda Allah – taala bəndəsinin haqqını öz haqqından önə cəkir. Namaz Allahın haqqıdır. Bunu ödəməliyik. Amma namaz qılınan zaman namus, övlad, mal və can təhlükə altında olarsa, namazdan ayrılıb onları müdafiə etmək bizə vacib buyurulub. Bir insan tövbə edərsə başlıca şərtlərdən biridə, haqqını tapdaladığı şəxslərin haqqlarını ödəməsidir. Allah öz haqqını tövbəkara keçə bilər. Amma o tövbəkar gərək haqqını tapdaladığı şəxsdən halallıq almalıdır. O şəxsdə istər kecər, istər haqqını tələb edə bilər. Allah bu işə qarışmaz. Öz aranızda həll edin deyər. Hətta şəhidin özü belə bəndə haqqı barəsində sorğu – sual olunar. Kimliyindən aslı olmayaraq, bu qanun hamıya şamildir.

Necə ki Həzrəti Muhəmməd (s) bir gün səhabələrinə belə buyurur: Kimə nə qədər borcum vardırsa desin, ödəyim. Bir nəfər deyir ki, Ey Allahın elçisi, döyüşlərin birində miniyə qamçı vurmaq istədikdə, o qamcı mənə dəydi. Mən onun qisasını tələb edirəm. Peyğəmbərimiz razılaşır. Amma o şəxs qisas almaq deyil, peyğəmbərin mübarək bədənindən öpmək niyyəti ilə bu addımı atır və istədiyinə nail olaraq peyğəmbərin onun barədə gözəl dua etməsinə də nail olur.

Yazılardan aydın olduğu kimi, İslamda qisas adlı bir qanun var. (Əlbəqərə sur.ayə 178 - 179 ). Müəllim şagirdi, valideyn öz övladını və kişi öz həyat yoldaşını vura bilərmi? İslam alimlərinin bu barədə fikri belədir ki, ədəbləndirmək məqsədi ilə olar. Amma insanın üzünü və bədən üzvlərini qızartmaq , göyərtmək, və qaralatmaq olmaz.

 

 İnsanın üzünə ziyan dəysə, qanun necədir?

Qeyd: Bir misqal 3,6 qram deməkdir. Üz qızararsa 1,5 qızıl (bir misqal yarım) , göyərərsə 3 misqal qızıl, qaralarsa 6 misqal qızıl verməlidir.

Cavab: Üz qızararsa – 5,4 qram qızıl. (3,6 * 1,5 = 5,4)

Üz göyərərsə – 10,8 qram qızıl. (3,6 * 3 = 10,8)

Üz qaralarsa – 21,6 qram qızıl uşağa verməlidir. (3,6 * 6 = 21,6)

 

Bəs başqa bədən üzvlərinə ziyan dəysə, qanun necədir?

Qeyd: Bir misqal 3,6 qram deməkdir. Üzv qızararsa bir misqal qızıl, göyərərsə bir misqal yarım, qaralarsa 3 misqal ona verməlidir.

Cavab: Qızararsa – 3,6 qram qızıl. (3,6 * 1 = 3,6)

Göyərərsə – 5,4 qram qızıl. (3,6 * 1,5 = 5,4)

Qaralarsa – 10,8 qram qızıl uşağa verməlidir. (3,6 * 3 = 10,8)

Allah həm zalimi, həm məzlumu yəni əziləni, həm də məzlumun haqqını müdafiə etməyə qadir olan amma müdafiə etməyəni də pisləyir. Niyə haqqını tələb etmədin və ya qadir olduğun təqdirdə niyə kiminsə haqqını qorumadın deyə, qiyamətdə sorğuya çəkiləcəksən.

Çox təəssüf ki, insanların üzvlərinə dəyən ziyanlar cəzasız qalır.

Niyə? Bunların hamısının bir səbəbi var. O da insanların Qurandan uzaq olmalarıdır.

İnsan hüquqlarından danışan Quranı ay ərzində neçə dəfə əlimizə alıb vərəqləyirik?

Quranla ünsiyyətdə olsalar, ən azından öz haqqlarını biləcəklər. Hər gün telefonu əlimizə götürdüyümüzün yarısı qədər Quranı vərəqləsək, haqqımızı tanımamaq mümkünmü?

Öz haqqlarıını bilmədikləri üçün, haqqları tapdalanır və yaxud bilirlər amma tələb etməyə çəkinirlər.

Allahın bizə verdiyi qolumuzum gücündən və ağlımızdan sui-istifadə etsək, Allaha nə cavab verəcəyik? Axı Allah bizə o məqsədlə bunları verməyib.

Bıçağı ixtira edən alim onu adam öldürmək üçün deyil, lazımı yerdə ehtiyacımızı ödəmək üçün ixtiyarımıza verib. Unutma ki, yaraladığın üzv sənin deyil. Bizim nəyimiz vardırsa, hamısı Allahındır.

Güclü qoldan zəifi vurmaq üçün deyil, zəifi qorumaq üçün istifadə olunmalıdır.

Kiminsə sənə xətər yetirməsini istəmirsənsə, səndə kiməsə xətər yetirmə. Özün barədə xoşlamadığını, başqası barədə də xoşlama.

Quran buyurur: “ Yetimin malını öz malınız bilib, onu öz malınızla birgə yeməyin ” (Ənnisa sur. ayə 2). Yetim dedikdə, sırf ata ya anasını itirən deyil. Yetim dedikdə sahibsiz, zəif və s.. kimi şəxslərə də şamildir. Zəifin başına əl çəkərkən, o insanın tükünün sayı qədər insana savab yazılar. Yetimin malını yemək, cəhənnəm odunu qəbul etmək deməkdir. (Ənnisa sur. ayə 10). Sən o zəif insanlara dəstək olsaq, nə itirirsən? Bu yolda ölsən də, şəhidsən. Çün ki bu da kiminsə haqqının qorumaq sayılır.

Zəifə güc göstərmək, özü bir növ zəiflik əlamətidir.

Allah bizim şərrimizdən dünyanı amanda saxlasın.

Həzrəti Musa peyğəmbərin dövründə oğlan uşaqlarının başı Firon tərəfindən kəsilərdi. Həzrəti Muhəmməd (s) – ın dövründə isə, qız uşaqları diri – diri torpağa basdırılaraq, qətlə yetirilirdi. İndiki dövrdə isə, həm qız həm oğlan uşaqları hələ doğulmamış qətlə yetirilir. Uşağı saldırmaq hətta zinadan doğulmuş belə olsa, düzgün deyil.

Dünyanın bəlalrından biri də, Allahın gözəl ünvanında insanlara bəxş etdiyi günahsız övladları doğulmamış abort etdirməkdir. Bu addıma ən çox mənfi reaksiya verən, illərdir övlad arzusunda olanlardır. Bəzi insanlar bu addıma don geyindirmək məqsədi ilə, müəyyən ifadələr işlədirlər. O ifadə və zehnimizdə olan suallara cavab verək.

Dini baximdan bu addımın qanunlarına nəzər salaq:

İqtisadi çətinliklərin olmasına baxmayaraq, uşaq saldırmaq olmaz.

Övlad doğularsa qüsurlu, şikəst olacağını etibarlı və mütəxəssis həkim söyləsə belə, körpənin neçə aylıq olmasından aslı olmayaraq, uşağı saldırmaq olmaz.

Nütfənin ana bətnində qərarlaşmasından sonra onu məhv etmək, eləcədə mərhələlərin heç birində rüşeymi saldırmaq olmaz. Nütfəsi qeyri müsəlmandan yaxud naməlum cinsi əlaqə vasitəsi və ya zina yolu ilə əmələ gələn körpəni saldırmaq olmaz.

Ana dişinin ətini müalicə etdirməyə məcburdur. Etibarlı və mütəxəssis həkimin vasitəsi ilə cərrahiyyə olunmalı olsa və rentgenə salınması ilə uşağın qüsurlu olacağı bildirilsə, uşağı saldırmaq olmaz. Əgər həkim qadını abort etsə, diyəni həkim verməlidir.

Atası və anası kafir olan körpəni abort edən müsəlman həkimin boynuna diyə gəlmir.

Ananın psixi xəstəliyi olarsa yəni dəli olsa, bu xəstəliyin uşağa keçmə ehtimalı olsa və yaxud doğulandan sonra xəstə ananın onu saxlamağa qüdrəti olmasa belə, abort olmaz.

Ananın ehtiyatsızlığı üzündən uşaq tələf olarsa, gühandır.

Nə vaxt olar?

1) Hamiləlik davam edərsə, ananın həyatı üçün təhlükə olacağını etibarlı və mütəxəssis həkim deyirsə, ruh daxil olmamış uşaq saldırmaq olar.

2) Atada qan xəstəliyi var və bu eybli genlər olduğu üşün, övlada keçir. Uşaq da iflic, yaxud hemofili xəstəliyinə düçar olaraq yüngül xəsarətlə qanaxma baş verən xəstəliyə düçar olur. Bu halda üşaq saldırmaq olar. Amma ehtiyat üçün onun diyəsini verməlidir.

3) Uşağın ana bətnində öldüyü və bu da ananın həyatı üçün təhlükə yaradırsa, abort olar.

4) Hamilə olan vaxtı deyil amma körpəni dünyaya gətirən anda, ya uşaq yada ananın ölməsini etibarlı və mütəxəssis həkim söyləyərsə, olar.

Abortda qan bahası. (Təbii ki istisna hallarından başqa)

Qeyd: Bir şəri misqal 3,6 qramdır.

Ana bətnində 40 günlük (nütfə = 20 misqal) – 72 qram qızıl. (3,6 * 20 = 72)

Sonrakı 40 günlük (laxtalanmış qan = 40 misqal) – 144 qram qızıl. (3,6 * 40 = 144)

Sonrakı 40 günlük (ət parçası = 60 misqal) – 216 qram qızıl. (3,6 * 60 = 216)

Sümük bağlasa (80 misqal) – 288 qram qızıl. (3,6 * 80 = 288)

Ət bağlasa (100 misqal) – 360 qram qızıl. (3,6 * 100 = 360)

Ruh daxil olsa – oğlan uşağında (1000 misqal) - 3600 qram qızıl. (3,6 * 1000 = 3600)

qız uşağında (500 misqal) - 1800 qram qızıl. 3,6 * 500 = 18000

Bu diyəni üşağın varisinə verməlidir. Diyə verənə bu diyədən heçnə düşmür. Ərin icazəsi olmadan ana və həkim bu işi etsələr, diyə uşaqın atasına verilməlidir. Əgər uşağın varisləri onu bağışlasalar, diyə boynundan düşür.

Zina ya halal yolla doğulmuş uşaqın diyəsində fərq yoxdur.

Çox təəssüf ki, sahibsiz övladlar və tələf olan körpələr günbəgün artmaqdadır.

Unutma ki, atılan sənin deyil. Bizim nəyimiz vardırsa, hamısı Allahındır. Qiyamətdə olan suallardan biridə, tələf olunan və öldürülən uşaqlar barəsində olacaq.

(O uşaqlar) “ Hansı günahına görə öldürüldü ” (Əttəkvir sur.ayə 9).

Nə cavab verəcəklər? Allah dünyanı bizim şərrimizdən amanda saxlasın.

Allah övlad arzusunda olanlara, övlad bəxş etsin.                                                  

Hazırladı: Muhəmməd Nicat

İlahiyyatçı, islamşünas, aykido müəllimi 

Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

 

 


 3654, 

Dostların veb səhifələri

14273630
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3049
8985
32604
14090902
165443
173495
14273630

sizin IP ünvanınız: 44.204.99.5
2024-03-29 10:36

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!