Print this page

İtaətin Nurunda

MƏKKƏNİN ADLARI

 
(0 votes)

 

MƏKKƏNİN ADLARI

«Həqiqətən xalq üçün tikilmiş ilk ev Bəkkə (Məkkə)dədir ki, aləmlər üçün bərəkətli və hidayət yeridir». (Ali İmran surəsi, ayə-96)

 

«Bu (Qur᾽an) nazil etdiyimiz mübarək kitab və qarşısında olanı təsdiq edəndir ki, (onun vasitəsi ilə) Ümmul-qura (xalqı) və onun ətrafında olanları qorxudsun. Axirətə iman gətirənlər bu (kitaba da) iman gətirir və namazlarını qoruyurlar.»  (Ənam surəsi, ayə -92)

 

«(Allah) O kəsdir ki, onların (müşriklərin) əllərini sizdən və sizin əllərinizi Məkkə vadisində onlara qalib etdikdən sonra (saxladı) və Allah sizin əncam verdiklərinizi görəndir»  (Fəth surəsi, ayə - 24)


Hədis:

 

  1. Həzrət imam Əli (ə) Şam şəhərində olan bir nəfərin «nə üçün Məkkə-Ummul-qura-adlandırmışdır?» sualının cavabında buyurdu: Çünki yer onun altından genişlənmişdir. (İləluş-şəraye᾽, səh-593, hədis-44)

  2. Həzrət imam Əli (ə) bir nəfərin «Məkkənin Bəkkəyə nisbət yeri nədir?- sualının cavabında buyurdu: Məkkə hərəmin ətrafı, Bəkkə isə Allah evinin (Kə᾽bənin) yeridir.

 

Soruşdu: Nə üçün Məkkə adlandırılmışdır?

Həzrət buyurdu: Çünki Allah-taala yeri bu şəhərin altından genişləndirmişdir.

Soruşdu: Bəs nə üçün Bəkkə adlandırılmışdır?

Həzrət buyurdu: Çünki bu şəhər zalımlar və günahkarların gözlərini ağlatmışdır.  (Əl-kafi, 4-211, hədis-18, İrşadul-qulub, səh-377)

 

  1. Həzrət imam Əli (ə) buyurub: «Bəkkə Allah evinin yeri, Məkkə isə hərəmdir». Bu isə Allah-taalanın sözüdür ki, buyurur: «Hər kəs ona daxil olsa, asayişdədir».(Ali İmran-97; Təfsirul-Əyyaşi, 1-178, hədis-94)

  2. Həzrət imam Sadiq (ə) buyurub: «Allah evinin yeri «Bəkkə», abadlıq isə «Məkkə»dir». (İləluş-şəraye᾽, səh-397, hədis-3)

  3. Əbdullah ibni Sənan nəql edib ki, həzrət imam Sadiq (ə)-dan soruşdum. Nə üçün Kə᾽bəyə Bəkkə deyilir? Həzrət (ə) buyurdu: Xalqın onun ətrafı və daxilində ağladığı üçün (Kə᾽bəyə Bəkkə) deyilir. (İləluş-şəraye᾽, səh-397, hədis-2)

  4. Həzrət imam Sadiq (ə) buyurub: «Xalqın təvaf edərək bir-birini sıxıb (izdiham yaratdığı üçün), Məkkə Bəkkə adlanmışdır. (Məcməul-bəhrəyn, 1-178,  İləluş-şəraye᾽, səh-397, hədis-1)


  5. Müaviyə ibni Əmmar nəql edib ki, həzrət imam Sadiq (ə)-a ərz etdim ki: Məkkədə namaz qılarkən qadınlar qarşısında əyləşir və ya keçirlər. Həzrət (ə) buyurdu: Eybi yoxdur, Məkkəyə buna görə Bəkkə deyilmişdir ki, orada kişilərlə qadınlar bir-birinə dəyir (və izdiham yaranır). (Əl-kafi, 4-526, hədis-7)

 

  1. Həzrət imam Kazim (ə) Əliyyibni Cə᾽fərin — «nə üçün Məkkəyə Bəkkə deyilir? — sualının cavabında buyurdu: Çünki camaat bir-birini əlləri ilə itələyirlər ki, bu da yalnız Məscidul-həramın Kə᾽bə ətrafındadır». (Qurbul-isnad, səh-237, hədis-929)

  2. Həzrət imam Rza (ə) buyurub: «Xalqın (cahiliyyət dövründə) Məkkədə fit çaldığı üçün ona Məkkə deişlər. Bu şəhərə doğru səfərə getmək istəyənə isə «qəd məka» yə᾽ni fitçaldı deyirdilər. Bu da Allah-taalanın sözüdür ki, buyurub: «Onların (cahillərin) Allah evi ətrafında namazlaır fit və əl çalmaqdan başqa bir şey deyildir. (Ənfal surəsi,ayə-35)  Beləliklə də «muka» fitçalmaq, «təsdiyə» isə əl çalmaq deməkdir. (İləluş-şəraye᾽, səh-397, hədis-1)

 

  1. Həzrət imam Sadiq (ə) buyurub: «Məkkənin adları beşdir: Ummul-qura, Məkkə, Bəkkə, Bəssasə — yə᾽ni aradan aparan, çünki camaat Məkkədə zülmkarlıq etdikdə onları ixrac edir və həlakətə yetirirdi. Və Ummul ruhm; çünki camaat Məkkədə e᾽tikaf bağladıqda (ilahi) rəhmətə şamil olurlar». (Əl-xisal, səh-278, hədis-22)

 

 

MÜƏLLİFLİK ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

 


 2188,