Kitabşünaslıq

«Məaniyul-Əxbar» kitabı

 
(0 votes)

                                                                                                «Məaniyul-Əxbar» kitabı

«Məaniyul-Əxbar» kitabı – Mərhum Şeyx Səduqun ərəb dilində iki cilddə olan dəyərli kitablarından biridir. Bu kitab həqiqətlərin təhrif olunmuş cəhətlərini açıqlayan hədislər toplusudur. Bu kitab ayə və sünnətdə gələn şübhə doğuran kəlmələrin doğru yozumlarla açıqlayıb həqiqəti üzə çıxarır. Bu cür nəticələnmənin bir neçə səbəbi vardır. Bu səbəblərdən biri də anti şiə təbliğatıdır. Səbəbi şiələrin məsum imamlardan məsələlərin sual soruşmaları və qanedici cavab almalarına görədir. Həqiqətdə bu kitab İslam həqiqətlərini tanımaq, müsəlmanların din cəlladlarının qurbanı olmamaları üçün, bəsirət gözlərinin açılmasına yardım edəcək, parıldayan işıq ünvanında hazırlanmışdır. Müəllif bu kitabın nəşrinin səbəbini, səhih hədisləri və məsumların rəvayətlərini düzgün tanımaqlığı cəmiyyətə anlatmaqdan ibarət olub. Müəllif öz hədəfini İmam Sadiqin (ə) hədisinə əsaslanaraq qeyd etmişdir. İmam Sadiq (ə) buyurur: «Mənim kəlmələrimin məqsəd və mənasını anlayın. Çünki hər bir kəlmənin bir neçə mənası vardır ki, onu hər kəs öz zehninə uyğun yozsa, səhv etməz». Müəllif də İmamın bu cümləsinə əsasən, cəmiyyətin bu kəlmələri daha düzgün anlaması üçün bu kitabı yazmışdır.

Şeyx Səduq yazdığı «Məaniyul-Əxbar» kitabında Quran ayələrində və rəvayətlərdə olan qəliz kəlmələri izah etməyə çalışmışdır. Kəlmələrin mənasını ayə və hədislərdə tapmasaydı, mötəbər kitablardan sayılan Əbu Ubeyd Qasim ibn Səlamın «Ğəribul-Quran»«Ğəribul-Hədis» kitablarına müraciət edərək, mövzunu tamamlayardı. Şeyx Səduq bu əsərində Quran ayələrinin və hədislərinin əzbərlənməsi nə qədər dəyərli olsa da, yenə də kifayət etmədiyini bildirir. Bundan əlavə, gərək ayə və hədislərin mənasını dərindən anlayıb, onu düzgün olaraq yoza biləsən.

«Məaniyul-Əxbar» kitabının mövzuları müxtəlifdir. Ümumi olaraq demək olar ki, beş mövzu haqqındadır. Təfsir hədisləri, fiqh, kəlam, əxlaq və tarix. Amma çoxluq təşkil edən mövzu təfsir hədisləridir. Bu mövzu ən çox şiə hədislərini özündə toplamışdır. Bu rəvayətlər təfsir sayəsində olan bütün qaranlıq qalan məsələlərin həllində çox faydalıdır. Bu dəyərli kitabı Şeyx Əbduləli Muhəmmədi Şahrudi fars dilinə tərcümə etmişdir.

                                                                                       Müəllif haqqında qısa məlumat

«Şeyx Səduq» ləqəbi ilə tanınan Əbu Cəfər Muhəmməd ibn Əli şiənin böyük fiqh və hədis alimlərindən olub və hicri qəməri tarixi IV əsrdə Qum şəhərində dünyaya gəlmişdir. Atası Əli ibn Hüseyn ibn Musa ibn Babəveyh İslamın tanınmış alimlərindən olub. Şeyx Səduq öz uşaqlıq və cavanlıq dövrünü atasının yanında keçirərək yüksək elm, iman, təqva və fəzilətə sahib olmuşdur. Yüksək hafizəyə malik olduğu üçün 20 yaşı olmamış minlərlə hədisləri sənədləri ilə birgə əzbərləmişdi. O, 23 yaşında İmam Zamanın (ə.f) kiçik qeyb dövründə yaşamış və hətta İmamın dörd naibindən iki naibinin dövrünü də görmüşdür. Həmçinin, Şeyx Səduqun yaşayış dövrü Əbbasi xəlifələrinin bir neçəsinin dövrünə də təsadüf etmişdir. Hicri qəməri tarixi ilə 355-ci ildə Bağdad şəhərinə gedərək, oranın alimləri ondan hədislər eşitmişlər. Hədis elminin mütəxəssislərinin, o cümlədən, Hürr Amulinin dediklərinə əsasən, İslam elmlərinin və əzbərlənməsi baxımından Şeyx Səduqun tayı bərabəri yox idi. Onun dərc etdiyi 300-ə yaxın kitab din alimlərinin müraciət etdiyi kitablardandır. Bu barədə heç bir şəkk-şübhə yoxdur. Onun kimi çox məlumat bazasına və elmi kitablara malik olan şəxs çox az idi. Bir çox tarixi mənbələrə əsasən, Şeyx Səduqun yazdığı kitablar hicri V və VI əsrə qədər qalmışdı və alimlər tərəfindən istifadə olunurdu. Amma təəssüflər olsun ki, hal-hazırda əlimizdə çox az kitabları qalmışdır. Maraqlısı budur ki, hədisləri mövzulara ayıraraq, sıralamışdır. Onun bir neçə kitabından başqa əksər kitabların adı kitabda bəhs edilən mövzu ilə əlaqədər təyin olunmuşdur.

Şeyx Səduqun xüsusiyyətləri

Onun xüsusiyyətlərindən biri kitablarının ərəb dilində yazılmasıdır. Səbəbi budur ki, o dövrdə ərəb dilinin zəif olduğu üçün hər suala cavab tapmaq olmurdu. Necə ki, üstündən min il ötməsinə baxmayaraq, fəlsəfi və fiqhi terminləri fars dilinə çevirmək çətindir. Ona görə də ərəb dilinə tərcümə etməkdən başqa çıxış yolu qalmır. Daha da çətin məsələ bundadır ki, müəllifin öz sözü az olduğu üçün müqəddəs hədisləri səhv tərcümə etmə ehtimalı olduğu üçün bu işdən çəkiniblər.

Şeyx Səduqun digər xüsusiyyətlərindən biri də budur ki, İslam maarif və əqaid mövzularında irfan, fəlsəfə, məntiq və kəlam elminin terminlərindən istifadə etməmişdir. Şəriət, İslam Peyğəmbərinin və onun canişinlərinin yaşayış tərzini isə insanların qəbul edə biləcəyi sadə formada yazmışdır.

Bu böyük alim ömrünün son günlərini Rey şəhərində keçirmişdir. Hicri qəməri 381-ci ildə 70 yaşında Rey şəhərində dünyasını dəyişmişdir. Qəbri isə Şahzadə Əbdül-Əzimin qəbri yaxınlığında İbn babəveyhdədir.

Kitabın toplanması

«Məaniyul-Əxbar» kitabı 429 fəsildən, hər fəsil 105 hədisdən və müxtəlif mövzulardan ibarətdir. Bu kitabın sonuncu babı, «Nəvadirul-Məani»  fəslidir. Bu fəsildə, əksər yazıçıların nəzərinə əsasən, xüsusi formada olmayan mövzular, bu fəsildə qeyd olunmuşdur. Buna görə də bu fəsildə olan hədislər bütün fəsillərdən çoxdur.

«Sehahi-sittə» əhli-sünnənin əsas etibar etdiyi altı kitabdır. Bu kitab isə altı kitabla müqayisədə çox etibarlıdır. Bu altı kitabın müəllifləri iranlıdırlar. İranlı olmasına baxmayaraq, bu altı kitabı nəyə əsasən etibarlı sayırlar, məlum deyil. Çünki hicri VI əsrin sonundan bu altı kitab ərsəyə gəlib. Altı səhih kitab «Səhihi-Buxari», «Səhihi-Müslüm», «Camee-Tirmizi», «Sunəni-Əbu Davud», «Sunəni-Nisai», «Sunəni-İbn Macə» dən   ibarətdir.

Bu kitablar haqqında qısa məlumat

«Səhihi-Buxari» kitabının başqa bir adı isə «Əl-Camius-Səhih» dir. Amma «Səhihi-Buxari» adı ilə məşhurdur. Bu kitabın müəllifi Əbu Əbdullah Muhəmməd ibn İsmail Buxaridir. Bu məşhur hədis alimi əslən Buxaradan olub. Hicri qəməri 193-cü ildə anadan olub, 256-cı ildə isə vəfat etmişdir. Səmərqənddə dəfn olunub. Bu kitab 97 mövzu, 3450 fəsildən ibarətdir. Hədislərin sayı 7000-dən çoxdur ki, təkrar hədisləri saymasaq, 2602 hədis edəcək. Bu hədisləri 16 il ərzində toplamışdır. Əlbəttə, bu kitabda xilqətin əvvəli, Cənnət-Cəhənnəm, peyğəmbərlər, sonuncu peyğəmbər, təfsir kimi mövzularda var. «Səhihi-Buxari» sünni məzhəbində xüsusi əhəmiyyətə və etibara malik bir kitabdır. Hətta bəzi sünni alimlərindən «Qurani-Kərimdən sonra «Səhihi-Buxari» kimi mötəbər kitab yoxdur» – demişlər. Əlbəttə, hafizdar Qutbi kimi sünni alimlərindən onu qəbul etməyənlər də var. Şiə alimləri qəbul etməzlər. Çünki Buxari, Əliyyən-Nəqi (ə) və Həsən Əsgəri (ə) kimi iki imamın dövründə yaşadığı halda, 2-3 imamdan başqa imamlardan heç bir hədis qeyd etməmışdir. Bu kitab dəfələrlə Misirdə, Hindistanda və Avropada çap olunub şərh olunmuşdur.

«Səhihi-Müslüm»

Bu kitabın başqa bir adı isə «Əl-camius-Səhih» dir ki, hədislər əhli-sünnə yolu ilədir. Müəllifi Əbul Həsən Müslüm ibn Həccac Nişapuri hicri qəməri tarixi ilə 261-də İranın Nişapur şəhərində anadan olmuşdur. «Səhihi-Müslüm» «Səhihi-Sittə»dən olub, «Səhiheyn» («İki səhih kitab») adı ilə tanınaraq, «Səhihi-Buxari»dən sonra ikinci mötəbər kitab hesab olunur. Kitabda 7000-dən 12000-ə qədər hədis mövcuddur ki, sıra ilə tənzimlənmişdir.

 «Sünəni Əbu Davud» (və ya «Əbu Davud»)

Əhli sünnə ilə hədisləri özündə toplayan, altı kitabdan biridir. Müəllifi «Əbu Davud» kimi tanınan, Süleyman ibn Əşəs hicri qəməri tarixi ilə 202-ci ildə İranın Sistan şəhərində dünyaya gəlmişdir. Öz dediyinə əsasən, 500.000 hədis yazmışdır ki, onun içərisindən 4800 hədisi seçib, kitabında qeyd etmışdir. Bu kitab əhli sünnə məzhəbi arasında çox məşhur kitabdır. Hətta dörd sünnü məzhəbinin rəhbərlərindən olan və Əbu Davud Səcistaninin dövründə yaşayan Əhməd ibn Hənbəl o kitabə tərif edib bəyəndiyini bildirmişdir. Sunəni Əbu Davud müxtəlif şərhlərlə dəfələrlə Misir və başqa ölkələrdə cap olunmuşdur. Müəllif hicri qəməri tarixi ilə 272 və ya 275-ci ildə vəfat etmişdir.

 «Camee-Tirmizi»

Kitabın adı «Əl-camius-Səhih»dir ki, «Camee-Tirmizi» ilə məşhurdur və altı səhih kitablardan biridir. Müəllifi Əbu İsa Muhəmməd ibn İsa Tirmizidir ki, Buxarinin hicri qəməri 3-cü əsrdə tanınmış şagirdlərindən olub və hicri qəməri tarixi ilə 279-cu ildə vəfat etmişdir. Bu kitab Tirmizinin ərəb dilində mühüm kitablarından hesab olunur. Dəfələrlə Misir, Hindistan və Türkiyədə çap edilmiş və xülasəsi də yazılmışdır.

«Sunəni-Nisai»

Müəllifi Əbdur-rahmən Əhməd ibn Əli Şueyb Nisai sünnü hədisçilərindən və İranın Xorasan vilayərinin Nisai əhlindəndir. Nisai özünün ilk səhih kitabını yazarkən sənədi zəif və düzgün olmayan hədisləri oradan çıxararaq, kitabın xülasəsini yazıb, adını «Əl-muctəba» qoydu. Bu kitab («Sunəni-Nisai») həmin «Əl-muctəba» və ya «Əs-sunənus-Səğir» adı ilə də tanınıb. Hədis alimlərinin terminində Nisainin kitabı deyərkən, məqsəd «Əl-muctəba» kitabı olub. «Sunənul-Kəbir» adlı kitab da həmçinin, Sunəni Nisai adı ilə məşhurdur. Cəlaləddin Syuti o kitabın təbliğatına və tanınmasına qeydlər etmişdir.

«Sunəni-ibn Macə»

Müəllif Əbu Əbdullah Muhəmməd ibn Yəzid ibn Macə Qəzvini, ibn Macə kimi tanınmışdı. Əhli sünnə hədisçilərindən ki, hicri qəməri tarixi ilə III əsrdə İranın Qəzvin şəhərində anadan olmuşdur. Bu kitan 4000 hədisə malikdir. Bu kitab zəif hədisləri özündə topladığı üçün ilk dövrlərdə müraciət olunamayan kitablar siyahısında idi. Amma hicri qəməri VI əsrin sonundan bu kitab, altı səhih kitablarının siyahısına daxil olundu. Cəlaləddin Suyutinin bu kitaba verdiyi şərhdən başqa, başqa şərhi yoxdur. Hicri qəməri 273-cü ildə vəfat etmişdir.

 

                                                                                   Müəlliflik hüququ Bəqiyyətullah Dini Elmlər Mərkəzinə məxsusdur


 98, 

Dostların veb səhifələri

6471760
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3936
3341
15150
6305838
58207
199391
6471760

sizin IP ünvanınız: 3.219.167.194
2020-08-11 15:50

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!