Kitabşünaslıq

Səfinətul-Bihar

 
(0 votes)

                                                                                                      Səfinətul-Bihar

     Əllamə Məclisinin “Biharul-ənvar” (Nurlar dənizi) əsəri əsasında qələmə alınmış“Səfinətul-bihar” (Dənizlər gəmisi) əsəri adından göründüyü kimi ilahi mərifət nuru dənzlərində səyahət edə bilmək üçün hazırlanmış bir gəmidir. Aydındır ki, “Biharul-ənvar” kimi böyük həcmli (110 cild) bir əsərin istifadəsi rahat və münasib bir mündəricata ehtiyacı var idi. Və bu dalğalanan əzəmətli okeana baş vurub dürr və gövhərlərini əldə edə bilmək üçün ehtiyac duyulan vasitəni ən yaxşı şəkildə hazırlayan ilk alim Şeyx Abbas Qumi oldu. Tam şəkildə adı “Səfinətul-biharil-ənvar və mədinətul-hikəm vəl-asar” əsəri Şeyxin ən mühüm əsəri hesab olunur. Kitabı yazmaq üçün alim “Biharul-ənvar” əsərini iki dəfə və ya digər bir nəqlə görə iyirmi beş dəfə mütaliə edib. Əsərin yazılmasına 35 il vaxt sərf olunub.

                                                                                               Kitabın xüsusiyyətləri

  1. “Biharul-ənvar” kitabının mövzuları əlifba sırası və mövzunun kök hərfləri əsasında tərtib olunmuşdur. Belə ki, oxucu asanlıqla min yeddi yüz dən çox mövzuya müraciət edə bilər ki, onların da hər biri öz növbəsində müxtəlif və çoxsaylı girişləri əhatə edəcəkdir.
  2. Bu əsər Bihar adlı böyük bir ensiklopediyadan çox dəqiq və hesablı şəkildə edilmiş bir seçim və xülasə olub tələbələrin vaxtına əsaslı şəkildə qənaət edərək ömürlərinin tələf olmasının qarşısını alır. Həm də çox istedadlı bir ustad olan müəllif öz zövqü və xoş səliqəsi ilə ən yaxşılarını seçmiş və qeyd etdiyi hər bir şeyin də özünəməxsus xüsusiyyətləri var. Məsələn, əgər “elm” maddəsinə baxsanız Biharın elm bölməsinin ilk babından yalnız başlanğıc və son ayələrini gətirmiş, növbə hədislərə gəldikdə isə 122 rəvayətdən yalnız ikisini seçmişdir. Altıncı babadək heç bir nəql etməmiş, altıncı babdan yalnız bir ayə gətirərək yeddinci babın üzərindən keçmiş və səkkizinci babdan da on üç ayə arasından bir ayə və 92 rəvayət arasından da yalnız biri ilə kifayətlənmişdir. Müəllifin öz seçimində meyarı rəvayətin babın ünvanı ilə daha çox uyğun olması, möhkəmliyi, qısa lakin dolğun mənalı və s. olmasıdır.
  3. Səfinəni mühüm imtiyazlarından biri də odur ki, müəllif müəyyən bir mövzuda yalnız həmin babla kifayətlənməmiş əksinə kitabın hər bir yerindən o mövzu ilə bağlı və ya ona uyğun tapdığı hər bir məsələni seşmiş və hamısına bir yerdə isnad etmışdir. Məsələn Haris Həmədani barəsində Bihar kitabının yeddi mövzusundan qeydlər gətirmişdir.
  4. Bütün bunlarla yanaşı Şeyx Abbas Quminin tarix, hədis, rical elmi sahələrində kamil mütəxəssis olması da Səfinənin qalıcı, istifadə olunan və özünəməxsus bir kitab kimi tanınmasında təsirli olmuşdur.

     Səfinətul-biharın tədqiqatçısı ustad Əli Əkbər İlahi Xorasani yazır ki, mərhum ayətullahil-uzma Xoyidən soruşdular: Əgər kitablarınızın hamısını əlinizdən alsalar         və  desələr ki, yalnız bir kitab götürə bilərsiniz. Siz hansı kitabı seçərdiniz? Cavabında buyurdu ki, Səfinətul-biharı. Əllamə Əskəri deyir: Mənim həmişəki                     proqramım budur ki, hər səfərdə iki kitabı özümlə götürüm. Və onlardan biri məhz Səfinətul-bihardır.

                                    

                                                                     Müəlliflik hüququ Bəqiyyətullah Dini Elmlər Mərkəzinə məxsusdur


 99, 

Dostların veb səhifələri

7147690
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3637
7684
32210
6957931
169772
199289
7147690

sizin IP ünvanınız: 3.238.107.166
2020-11-26 08:58

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!