Misralar

Seyyid Nurəddin Dərafərin

Seyyid Nurəddin Dərafərin

Seyyid Nurəddin Mir Kərim oğlu Dərafərin 1964-cü il mayın 28-də Bakı şəhərində anadan olmuşdur. Dini təhsillidir. İslamın inkişafı yolunda öz şeirləri və ədəbiyyatı ilə xidmət edir. Əsasən dini mövzulara müraciət edən şairin yaradıcılığında - qəzəllər, sərbəst şeirlər, satira, mədhnamələr və mərsiyələr xüsusi yer tutur. Şeirlərinin əksəriyyəti İslam dinini, Quranı, Peyğəmbəri (s) və Əhli-beyti (ə) tərənnüm edir. Hələ uşaq ikən atası Hacı Mir Kərimin təlim etdiyi  mərsiyələr şairdə ədəbiyyata, sözə böyük maraq yaratmışdır. 

Quran oxunanda


Qəlb cuşə gəlir, sotilə Quran oxunanda.
Qüdrət verər Allah dilə, Quran oxunanda.

Bir lütfi-Xudadır bizə hər ayeyi-Furqan,
Düşməz işimiz müşkülə, Quran oxunanda.

Olmaz nə savabı, nə şəfası bizə Haqqın,
Ya şəkkilə, ya zənnilə Quran oxunanda.

Quran özü nurdur, eylər məclisi ənvər,
De varmı lüzum qəndilə, Quran oxunanda?

Bülbülləri vəcdə gətirən nəğmeyi-Davud,
Düşməzmi yada, ləhnilə Quran oxunanda?

Bir məclisə cəm olsa neçə qareyi-Quran,
Var sövqi-səfa silsilə Quran oxunanda.

Xoş halına hafiz ola hər kim, nə gözəldir,
Diqqət yetirə tərtilə, Quran oxunanda.

Hər qəlbidə gər, zərrə qədər olsa məhəbbət,
Gözdən axacaq yaş gilə, Quran oxunanda.

"Seyyid", yetişən vaxtı əcəl-şərbəti xoşdur,
İnsan gedə son mənzilə Quran oxunanda.

Quran özüdür

Söyləyən haqq yola biz ümməti, Quran özüdür,
Yaradan ümmət ara ülfəti, Quran özüdür.

Bəşər övladına azadəliyin məktəbidir,
Verən insanlara hürriyyəti, Quran özüdür.

Hər kiçik ayəsi Loğman kimi yüz dərdə dəva,
Dəf edən dərdü-qəmi, illəti Quran özüdür.

Elə bir Nuri-Xudadır ki, tutub dünyanı,
Büsbütün yer üzünün zinəti, Quran özüdür.

Aramaz başqa işıq, əqli olan insanlar,
Çünki nurilə sökən zülməti, Quran özüdür.

Nə qədər möcüzələr göstərir öz elmi ilə,
Tanrının möcüzəvi-qüdrəti Quran özüdür.

Varmı söylə, elə bir elm ki, Quran deməsin?
Bəxş edən aləmə hər hikməti Quran özüdür.

Niyə rəhmətdən ötər yad qapılar döyməlisən?
Bizlərə rəbbimizin rəhməti Quran özüdür.

"Seyyida", sən nə bilirsən ki, gözəl şer nədir?
Eyləyən təlimi-şeriyyəti Quran özüdür!

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.


 4870, 

Dostların veb səhifələri

14267480
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5884
3903
26454
14090902
159293
173495
14267480

sizin IP ünvanınız: 3.238.57.9
2024-03-28 19:14

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!