Print this page

Munacatlar

Aşiqlərin dilindən Dua:

 
(1 Vote)

Aşiqlərin dilindən

Dua:

 

Dua – pərvaz edən ürəklərin nəğməsidir.

Dua – torpaqdan əflaka ucalmaqdır.

Dua – ruhun musiqisidir.

Dua – heçlikdən qırılan ney naləsidir.

Dua – danışan sükut, aşiq ruhların səssiz fəryadıdır.

Dua – ən şairanə bir kəlamdır.

Dua – agah qəlbin nidasıdır.

Dua – fəqirlik libasında olan bir eşqdir.

Dua – Ondan (Allahdan) ayrılığın fəryadıdır.

Dua – Ürəklərin şəfası, ruhun baharıdır.

 

Namaz:

 

Namaz qılan şəxs eşq vilayətinin fatehidir!

Namaz – bu günün aramlığı, sabahın rahatlığıdır.

Namaz – xoşbəxtlik iksiridir.

Namaz – insanı Allah süfrəsinə qonaq edər.

Namaz – aşiqlə məşuqun ən gözəl xəlvətidir.

Namaz – behişt əhlinin tacıdır.

Namaz – qeyb mənzərəsinə açılan ən geniş pəncərədir.

Namaz – mülkdən mələkuta pərvaz edən qanaddır.

Namaz – pak ruhların ən gözəl ləzzətidir.

Namaz – behişt yolunda yaşıl çıraqdır.

Namaz – mömin qəlbin qönçəsini açan nəsim küləkdir.

Namaz – insanla Allah arasında fasiləni azaldar.

 

Göz yaşları:

 

Aşiqin göz yaşları sübhün şehindən də şəffafdır.

Göz yaşları – qəlb səmasının yağışıdır.

Göz yaşları – titrək qəlbin sədasıdır.

Göz yaşları – yaralı qəlbin məlhəmidir.

Göz yaşları – aşiqin səssiz nidasıdır.

Göz yaşları – həyat verən bulaqdır.

Göz yaşları – eşqin ən gözəl izharıdır.

Göz yaşları – gözlərə zinət verən inci mirvaridir.

Göz yaşları – xəlvət gecələrin ulduzudur.

Göz yaşları – tükənməyən eşq çeşməsidir.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 3440,