Munacatlar

Mübarək Rəcəb ayı

 

 

Mübarək Rəcəb ayı

 

Rəcəb ayı və Şaiban ayı və Ramazan ayı çox yüksək qiymətləndirilmişdir və onların çoxlu fəzilətləri barədə rəvayətlər günümüzə gəlib çatmışdır.  

Peyğəmbərimiz (s.ə.v.) - dən nəql olunur: "Rəcəb ayı Allahın böyük ayıdır fəzilət və ehtiram baxımından heç bir ay ona bənzəyə bilməz, bu ayda kafirlərə qarşı döyüşmək qadağandır. Bu, Allahın ayıdır və şaban ayı isə mənim ayımdır. Ramazan ayı isə mənim ümmətimin ayıdır". Hər kim Rəcəb ayının bir gününü oruc tutarsa Uca Allahı sevindirər və Allahın qəzəbi Ondan uzaqlaşar və cəhənnəm qapılarından bir qapını onun üzünə bağlayacaqdır."

Hz. Musa ibn Cəfərdən (ə) nəql olunur: "Hər kəs Rəcəb ayından bir gün oruc tutarsa, Cəhənnəm ateşi bir il ondan uzaqlaşacaqdır, əgər hər kəs bu aydan üç gün oruc tutarsa cənnət ona  vacib olar".

O həzrət (ə), həmçinin buyurdu: “Rəcəb Behiştdə bir bulaq adıdır ki, o bulaq süddən daha ağ və baldan daha şirindir, hər kəs Rəcəbdən bir gün oruc tutarsa əlbəttə ki, həmin bulaqdan içəcəkdir”.

İmam  Sadiq (ə) Həzrəti Peyğəmbərdən (s.ə.v.) rəvayət edir: Rəcəb ayı mənim ümmətimin istiğfar ayıdır. Ona görə də, bu ayda çoxlu əfv diləyin ki , Allahda bağışlayan və mehribandır. Rəcəbə “أصب”(“əsəbb” yəni çox tökülən) deyirlər çünki bu ayda mənim ümmətimin üstünə Allahın rəhməti yağar buna görə çoxlu deyin:  «أَسْتَغْفِرُ اللهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ» ("əstəğfirullahə və əs'əluhut təubə").

İbn Babuveyh Salemdən rəvayət edilmişdir ki, rəcəb ayının axır günlərində imam Sadiq (ə) xidmətinə yetişdim. Həzrət (ə) xeyir-dua verdikdən sonra soruşdu oruc tutdunmu?

Dedim : xeyr, ey Allah rəsulunun oğlu.

Buyurdu: “Səndən o qədər savab uzaqlaşmışdır ki, onun xeyrini Allahadan başqa heç kim bilməz, əslində Allah bu aya digər ayladan daha çox fəzilət bəxş etmışdir, onun hörmət və əzəmətini qorumuşdur, mən bu ayda oruc tutmağı özümə vacib bilmişəm.”

O zaman soruşdum: “Ey Allah rəsulunun oğlu (ə) əgər bu ayın qalan günlərinin orucunu tutsam həmin savabı əldə edə bilərəmmi?”

Buyurdu: "Ey Salim hər kəs bu ayın axır günlərindən bir gün oruc tutarsa Allah ona iman verər, şiddətli (çətin) ölümdən və ölümdən sonrakı qəbr əzabından amanda saxlayar. Əgər bu ayın axırından iki gününü oruc tutsa onu Sırat körpüsündən asan keçırdər. Hər kəs bu ayın axırından üç gününü oruc tutsa Qiyamət gününün şiddətindən, qorxusundan cəhənnəm atəşindən gecə-gündüz nifrət etmə hissini ona bəxş edər. Bil ki, Rəcəb ayının orucu üçün çoxlu fəzilətlər var, amma birdən kimsə bu orucu tuta bilməsə həmin orucun savabını əldə etməkdən ötrü 100 dəfə bu zikri oxusun:

سُبْحَانَ الْإِلَهِ الْجَلِیلِ سُبْحَانَ مَنْ لا یَنْبَغِى التَّسْبِیحُ إِلا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزََّ وَ هُوَ لَهُ أَهْلٌ

 

Mübarək Rəcəb ayının müştərək əməlləri

 

Bu əməllər bütün ay boyu yerinə yetirilir və məxsusi bir günü yoxdur:

Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.
Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır.

1- Bu dua Rəcəb ayının bütün günlərində oxunur. Bu duanı imam Zəynul-abidin (ə) kimi oxuyun

 

"یَا مَنْ یَمْلِكُ حَوَائِجَ السَّائِلِینَ وَ یَعْلَمُ ضَمِیرَ الصَّامِتِینَ لِكُلِّ مَسْأَلَةٍ مِنْكَ سَمْعٌ حَاضِرٌ وَ جَوَابٌ عَتِیدٌ اللَّهُمَّ وَ مَوَاعِیدُكَ الصَّادِقَةُ وَ أَیَادِیكَ الْفَاضِلَةُ وَ رَحْمَتُكَ الْوَاسِعَةُ فَأَسْأَلُكَ أَنْ تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَقْضِىَ حَوَائِجِى لِلدُّنْیَا وَ الْآخِرَةِ إِنَّكَ عَلَى كُلِّ شَىْ‏ءٍ قَدِیرٌ ."


2- imam Sadiqdən (ə) rəvayət olunmuş duanı oxuyun 


«خَابَ الْوَافِدُونَ عَلَى غَیْرِكَ وَ خَسِرَ الْمُتَعَرِّضُونَ إِلا لَكَ وَ ضَاعَ الْمُلِمُّونَ إِلا بِكَ وَ أَجْدَبَ الْمُنْتَجِعُونَ إِلا مَنِ انْتَجَعَ فَضْلَكَ بَابُكَ مَفْتُوحٌ لِلرَّاغِبِینَ وَ خَیْرُكَ مَبْذُولٌ لِلطَّالِبِینَ وَ فَضْلُكَ مُبَاحٌ لِلسَّائِلِینَ وَ نَیْلُكَ مُتَاحٌ لِلْآمِلِینَ وَ رِزْقُكَ مَبْسُوطٌ لِمَنْ عَصَاكَ وَ حِلْمُكَ مُعْتَرِضٌ لِمَنْ نَاوَاكَ عَادَتُكَ الْإِحْسَانُ إِلَى الْمُسِیئِینَ وَ سَبِیلُكَ الْإِبْقَاءُ عَلَى الْمُعْتَدِینَ اللَّهُمَّ فَاهْدِنِى هُدَى الْمُهْتَدِینَ وَ ارْزُقْنِى اجْتِهَادَ الْمُجْتَهِدِینَ وَلا تَجْعَلْنِى مِنَ الْغَافِلِینَ الْمُبْعَدِینَ وَ اغْفِرْ لِى یَوْمَ الدِّینِ .»

  

3-  İmam Sadiq (ə) rəvayət etmişdir ki, bu duanı oxuyun:


«اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ صَبْرَ الشَّاكِرِینَ لَكَ وَ عَمَلَ الْخَائِفِینَ مِنْكَ وَ یَقِینَ الْعَابِدِینَ لَكَ اللَّهُمَّ أَنْتَ الْعَلِىُّ الْعَظِیمُ وَ أَنَا عَبْدُكَ الْبَائِسُ الْفَقِیرُ أَنْتَ الْغَنِىُّ الْحَمِیدُ وَ أَنَا الْعَبْدُ الذَّلِیلُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ امْنُنْ بِغِنَاكَ عَلَى فَقْرِى وَ بِحِلْمِكَ عَلَى جَهْلِى وَ بِقُوَّتِكَ عَلَى ضَعْفِى یَا قَوِىُّ یَا عَزِیزُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الْأَوْصِیَاءِ الْمَرْضِیِّینَ وَ اكْفِنِى مَا أَهَمَّنِى مِنْ أَمْرِ الدُّنْیَا وَ الْآخِرَةِ یَا أَرْحَمَ الرَّاحِمِینَ.»


4-  Peyğəmbərdən (s.ə.v.) rəvayət olunur ki, "hər kim Rəcəb ayında 100 dəfə desə

«أَسْتَغْفِرُ اللَّهَ الَّذِى لا إِلَهَ إِلا هُوَ وَحْدَهُ لا شَرِیكَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ» 

 və bu duanı sədəqə ilə xətm etsə , Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Lakin hər kəs 400 dəfə oxusa ona 100 şəhidin əcri verilər".


5- Həzrəti peyğəmbər (s.ə.v.) buyurmuşdur: "hər kim Rəcəb ayında 1000 dəfə

"لا إِلَهَ إِلا اللهُ"

zikrini desə Mütəal-Allah ona yüz min dənə həsənə verər, onun üçün Behiştdə 100 şəhər inşa edilər.


6- Rəvayət olunur  "hər kim Rəcəb ayının səhəri və axşamı 70 dəfə desə:

"أَسْتَغْفِرُ اللهَ وَ أَتُوبُ إِلَیْهِ"

("Əstəğfirullahə və ətubu iləyh") zikr qurtardıqdan sonra əlini göyə qaldırıb desə:

اللَّهُمَّ اغْفِرْ لِى وَ تُبْ عَلَىَّ"

("Əlahumməğfirli və tub ələyyə") əgər Rəcəb ayında ölərsə, Allah ondan razı olar. Rəcəb ayının bərəkətinə görə atəş ona toxunmaz".


7-  Əgər bütün ay boyunca 1000 dəfə bu zikr deyilsə:


أَسْتَغْفِرُ اللهَ ذَا الْجَلالِ وَ الْإِكْرَامِ مِنْ جَمِیعِ الذُّنُوبِ وَ الْآثَامِ "

("Əstəğfirullahə zəl-cələli vəl-ikram min cəmiiz-zunubi vəl-əsəm") Rəhman Allah onu bağışlayar".

8-  Seyyid ibni Tavus nəql edir ki, "Peyğəmbər (s.ə.v.) bu ayda on min dəfə, ya min dəfə, ya da yüz dəfə"Tövhid" surəsini oxumağı çox fəzilətli hesab edirdi. Hər kim bu ayın cümə günündə 100 dəfə bu surəni oxuyarsa, Qiyamət günü onun üçün bir nur olar ki, onu behiştə tərəf çəkər."

 

9-  Seyyid ibn Tavus Rəsuli-Əkrəmdən (s.ə.v.) nəql edir ki, "hər kim Rəcəb ayının cümə günündə Zöhrlə Əsr namazının arasında 4 rükət namaz qılsa belə ki, hər rükətində bir Həmd yeddi Ayətil-kürsi və beş dəfə Tövhid surəsini oxusa sonra on dəfə

«أَسْتَغْفِرُ اللهَ الَّذِى لا إِلَهَ إِلا هُوَ وَ أَسْأَلُهُ التَّوْبَةَ»

Allah-təala ona o namazı qıldığı gündən ölən günədək hər gün 1000 həsənə əta edər və onun hər oxuduğu ayəsinə Behiştdə qırmızı yaqutdan bir şəhər salar və hər hərfinə ağ dürrdən qəsr və onu razı salan hurilər verər".


10- Buyurulur "hər kim bu ayın üç günündə: cümə axşamı, cümə və şənbə günlərində, ümumiyyətlə həram ayların hər hansı birində bu üç günü oruc tutularsa Allah ona 900 ilin ibadətinin savabını yazar."


11- Peyğəmbərdən (s.ə.v.) rəvayət olunmuşdur ki, "hər kim Rəcəb ayının gecələrindən bir gecə 10 rükət namaz qılsa hər rükətində bir dəfə Həmd, bir dəfə Kəfirun və üç dəfə Tövhid surəsini oxusa Allah-təala onun günahlarını bağışlayar."

 

İlahiyyatçı, islamşünas Lalə Zəhrayi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!


 4391, 

Dostların veb səhifələri

14268047
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6451
3903
27021
14090902
159860
173495
14268047

sizin IP ünvanınız: 44.201.64.238
2024-03-28 20:33

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!