Məhəbbət Ocağı

Qaranlıq qorxusu

 

 

Qaranlıq qorxusu

 

Uşaqların əksəriyyəti bir sıra qorxularla üzbəüz olur. Onlar yad adamlardan, qaranlıqdan, heyvanlardan, göy gurultusundan, hər bir yeni və fərqli şeylərdən qorxurlar. Bu növ qorxular bəzi xüsusi yaş və dövrlərdə daha da çoxalır. Nümunə üçün uca səslərdən qorxu 2 yaşda kulminasiya nöqtəsinə çatır.

Uşağın təcrübəsi artdıqca bəzi qorxular aradan gedir, lakin digər qorxu növləri onların yerini tutur. Qaranlıqdan qorxmaq ən geniş yayılmış uşaq qorxularından biridir. Bu qorxu daha çox 2-3 yaşlarında və müxtəlif formalarda gah kabusdan, gah oğrudan və s. qorxu şəklində təzahür edir.

 

 

Aşağıdakı məsləhətlər ümumi şəkildə sizə bu problemə qarşı kömək edə bilər:

 

1.   Uşağın qorxusuna diqqətsiz yanaşmayın və onunla qorxusunun səbəbi barəsində söhbət edin.

2.   Heç vaxt uşağı qorxduğuna görə məzəmmət, məsxərə və ya tənbeh etməyin.

3.   Bəzi oyunların vasitəsilə onu qaranlığa alışdırın. Misal üçün, əvvəlcə gözü bağlamaqla bir əşyanı axtarmaq, sonra qaranlıq yerdə həmin oyunu icra etmək.

4.   Uşağın qorxusu üzərində hər qələbəsi üçün mükafat nəzərdə tutun.

5.   Qaranlıqda qorxulu şəkildə görünən əşyaları uşağın gözünün qabağından götürün.

6.   Gecələr gecə lampasından istifadə edin.

7.   Tərbiyə etmək üçün uşağı hər hansı bir şeylə qorxutmayın.

8.   Qorxulu film, nağıl və oyunları uşaqların ixtiyarında qoymayın.

9.   Bir məsləhətçi və ya psixoloqla əlaqə saxlayın və müxtəlif mərhələlərdə onlardan məsləhət alın.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4640, 

Dostların veb səhifələri

14273525
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2944
8985
32499
14090902
165338
173495
14273525

sizin IP ünvanınız: 52.90.131.200
2024-03-29 10:06

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!