Print this page

Məsləhətlər

Balıq yeyərkən

 
(1 Vote)

 

Balıq yeyərkən

Balıq yediyiniz zaman üç məsələyə riayət edin:

 1. Balığın kiçik tikanlarını yaxşıca ayırın ki, boğazınızda qalmasın. Bu işdə çox hövsələli və dəqiq olun;

 2. Əgər balığın tikanı boğazınızda qalıbsa, bir tikə bişmiş kartof, yaxud çörək xəmiri yeməklə onu aradan qaldırın;

 3. Əgər tikan boğazınızı ağrıdırsa bir limonu ikiyə bölüb onun suyunu için. Bu həm tikanı yumşaldacaq, həm də boğazı rahatladacaqdır;

 

Əldən balıq iyini dəf etmək

Balıq iyini əlinizdən aparmaq üçün əllərinizi sirkəli yaxud duzlu su ilə yuyun.

 

Təzə balığın əlamətləri

  1. Balığın gözü, tamamilə şəffaf və parlaq olmalıdır;
  2. Bədəninin üstündəki pulcuqları möhkəm və sıx olmalı;
  3. Qulaqlarının içi açıq-çəhrayı olsun, tünd və boğuq olmasın;
  4. Balığın əti möhkəm olsun, əl vurduqda ət parçalanmasın;

 

“Əmniyyətli həyat” kitabından seçmələr 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4449,