Qari lar

    Qurani-kərimin tanınmış hafiz və qarilərindən biri olan Kərim Mənsuri 1968-ci ildə İranın Abadan şəhərində dünyaya gəlmişdir. O, 1980-ci ildən Qurani-kərim dərslərində iştirak edərək qısa bir müddətdə qiraət fənninə gözəl bir şəkildə yiyələnmiş, Misirin məşhur qarilərinin səs yazılarından istifadə etməklə məharətini artırmış, Qurani-kərimi tam olaraq əzbərləməyə nail olmuşdur. O həm ölkə daxilində, həm də xaricdə keçirilmiş Quran müsabiqələrində nailiyyətlər əldə etmişdir. Belə ki, 1988-93-cü illərdə keçirilmiş ölkədaxili Quran müsabiqəsində 2-ci, 1990-97-ci illərdə isə I yeri tutmuşdur. 1990-cı ildə Malaziyada keçirilən beynəlmiləl Qurani-kərim müsabiqəsində 2-ci yerə layiq görülmüşdür. 1992-ci ildə Səudiyyə Ərəbistanında təşkil olunmuş beynəlmiləl Quran müsabiqəsində 2-ci, 1997-ci ildə İran İslam Respublikasında keçirilən beynəlmiləl müsabiqədə isə I yeri tutmuşdur.
    Bundan əlavə Kərim Mənsuri müxtəlif Quran tədbirləri və proqramlarında çıxış etməklə öz tilavətiylə Quranın əzəmətini gözəl bir şəkildə təbliğ edir. Belə ki, 1997-ci ildə İslam ölkələri başçılarının iclasının açılışında Quran tilavət etmişdir. Quran tədbirləri ilə bağlı dünyanın 20 ölkəsinə, o cümlədən həcc mərasimində Quran tilavət etmək üçün Səudiyyə Ərəbistanına səfər etmişdir. (www.sibtayn.com)
  

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.