Quran Coğrafiyası

Turi-Sina (Sina dağı)

                                                                                              

                                                                                                  Turi Sina (Sina dağı)

                                                                                                          وَطُورِ سِينِينَ                 

«Və and olsun Sina dağına (Allah Musa ilə orada danışmış və Tövratı üç gün dalbadal ayaq üstə qalan Musanın qulağına çatdırmış, onun qəlbinə nazil etmişdi) ». Tin-2  

«Tur» kəlməsi dağ mənasındadır, Turi Sina isə, həmin dağ Sina səhrasında yerləşdiyi üçün bu adla tanınıb və dunyada məşhur dağlardan hesab olunur. Sina dağı Misirin yaxınlığında, Sina yarmadasında yerləşən bir dağdır. Dinlər tarixində bu dağın əhəmiyyətli yeri vardır. Bu yarımadada əsasən İbrahimin (ə) dini şöhrət tapmışdır və əhalisi əsasən yəhudilərdən ibarət olub. Qurani-kərimdə, bir çox rəvayətlərdə bu dağa işarə olunan mətləblərə diqqət edək.

                                                                                            Sina dağı ilə bağlı tarixi hadisələr

Sina dağı həmin dağdır ki, Bəni-İsrail Misiri tərk edəndən sonra üç ay müddətində ora çatdılar və düşərgə saldılar. Ibrahimi dininin tarixindəki rəvayətlərə əsasən Allah-təala öz şəriətini o yerdə Bəni-İsrailə əta etdi. Amma onlar bütlərindən əl çəkmədilər. həmçinin qızıldan düzəldilmiş buzov, Samiri bütü də bu dağda qoyulmuşdu. Bu dağda ilk dəfə Musaya vəhy olunmuşdur (yanar ağacın yanında) və Allah-taala Musaya vəhy etdi ki, müqəddəs Nilin məkanından ayaq götürsün. Sina yarmadası Misirin yaxınlığındadır. Bu səhra Qırmızı dənizin ətrafında, dağların arasında yerləşir. Səhranın yeri və dənizin suyu qırmızı olduğu üçün ona Qırmızı dəniz deyirlər. Turi Sinanın ətəyində məsihilər ziyarətgah düzəldiblər və bura əvvəllər yəhudilərə məxsus olub.

                                                                                         Həzrəti Musa neçə dəfə Sinaya gəldi?

Musa (ə) bir dəfə Sinadan uzaqlaşdi. Həzrəti Musa (ə) Misirdən qaçdıqdan sonra Qırmızı dəniz ətrafındakı Mədyan şəhərinə getdi və orada Şueyblə (ə) rastlaşdi, həmin yer də Sinadadır. Mədyanda Şueybin (ə) çoxlu sayda sürüsünü öz öhdəsinə götürmüşdü. Musa (ə) sürüləri həmişə Sinaya doğru otlamağa aparırdı. Sonra isə Mədyanda Şüeybin (ə) qızı ilə evləndi və arvad-uşağı ilə birlikdə Sinadan keçdi, elə həmin yerdə ona vəhy nazil oldu. Musa ailəsini dağın ətəyində qoyub ətrafı dolaşdı ki, ailəsinin isinməsi üçün yandırmağa odun gətirsin. Dağa tərəf gedərkən meyvəli bir ağacın yanmağa başladığını gördü və ondan səs gəldi.

                                                                    فَلَمَّا أَتَاهَا نُودِيَ مِنْ شَاطِئِ الْوَادِ الْأَيْمَنِ فِي الْبُقْعَةِ الْمُبَارَكَةِ مِنَ الشَّجَرَةِ أَنْ يَا مُوسَىٰ    

                                                                                          إِنِّي أَنَا اللَّهُ رَبُّ الْعَالَمِينَ

(Musa) odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək (bərəkətli) yerdəki ağacdan belə bir nida gəldi: «Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!»   (Qasas-30)                                                      

«Əlindəki nədir?» deyə, Musadan soruşularkən, o da belə cavab verdi:

«- Əsadır, bununla qoyunları otarıram».

Əmr olundu: «- At onu yerə!»

Musa əsanı yerə atdı və əsa əjdahaya çevrildi. Musaya ilk möcüzə bu məkanda verildi. Sonra Allah Təaladan izn istədi ki, qardaşı Harun da onun köməkçisi olsun və belə də oldu. Sonra Musa ailəsi ilə birlikdə Misirə yola düşdü və bu dəfə Fironun şərrindən Amanda qalmaq üçün Urzəhirə (Qudsə tərəf) qayıtmaq istədi.

                                                                                               Mədyanın əsl məkanı haradır?

Bir çox qədim mənbələrə görə Mədyan, Əqəbə körfəzinin şərqində, bugünkü Al-Bad qəsəbəsində yerləşmişdir. Buradakı ən yüksək dağ, Cəbəli Musa adı ilə məşhur olub. Mədyan şəhəri ilə əlaqədar olan məlumatlar əsasən, antik zaman coğrafiyaçısı Ptolomeyin məlumatlarından qaynaqlanmışdır. Ptolomeyə görə, Şimal-qərb Ərəbistanda Modiana və ya Modiama deyilən iki şəhər idi. Bunlardan daha köhnə olanı Akabe Körfəzində qurulmuşdu. İkincisi isə, bir az daha daxili bölgədə qurulmuşdu. Ikincisinin adı Modiamadır və nəqli rəvayətlərə əasən Mədyən şəhərinə daha yaxındır.

         Nə üçün həzrət Musanın Allah-təala ilə danışdığı dağa «Turi Sina» adı verdilər.

Abdullah ibni Abbasdan rəvayət nəql olunmuşdur ki, həzrət Musanın Allah-təala ilə danışdığı dağın üstündə zeytun dağı var idi. El arasında yaşıllığı olan belə dağlara «Turi Sina» və yaxud «Turi sinin» adı verirdilər. Lakin o dağlar ki, onlarda heç bir şey bitmir, «Tur» adlanır.

                                                                                                                Müqəddəs Tuva vadisi

Tuva vadisi Sina dağının ətəyində yerləşir. Qurani-kərimdə və tarixdə bu vadi müqəddəs məkan kimi tanınmışdır. Tuva vadisi həmin yerdir ki, Musa (ə) ailəsi ilə oranı sığınacaq seçmişdi və məhz bu məkanda övladı dünyaya gəlmişdi.

«Musanın hekayəti sənə gəlib çatdımı? (Yaxud Musanın əhvalatı artıq sənə gəlib çatdı).

(Musa Şüeybi Mədyəndə qoyub anasına və qardaşına baş çəkmək üçün zövcəsi ilə birlikdə Misirə gedərkən Tur dağının qərbində yerləşən Tuva vadisində gecə vaxtı bir uşağı dünyaya gəlmişdi. Onlar zil qaranlıq gecədə işıqsız qalıb yolu itirmişdilər). O zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdi: «Siz (yerinizdə) durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir göz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım!»

 

(Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: «Ya Musa!

Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan!

Mən səni (peyğəmbər) seçdim. (Sənə) vəhy olunanı dinlə!

Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!»   Taha 9-12

Musanın (ə) çətinliyə düşdüyü yer Beytul-müqəddəsin cənubunda yerləşən Tur vadisi idi.

Allah-taala Fironun leşkərini suda qərq edənə qədər Musa (ə) çətin bir şəraitlə uzləşir. İrəli gedə bilmirdi, çünki yəhudilər onu qəbul etmirdilər. Əgər Musa (ə) qayıtsaydı Firon onu məhv edəcəkdi. Elə bu səbəbdən Sinada sərgərdan qalır. Musanın Sinada sərgərdan qaldığı müddət 40 il çəkir qalır və orada da dünyasını dəyişir. «Muab» adlı yerdə dəfn olunur. Amma bu tam dəqiq məlumat deyil. Bu məlumat bir rəvayətə görə nəql olunub, çünki Həzrəti Yəqubun (ə) zamanından Musaya (ə) qədər təqribən 350 il fasilə var.

Quranda Sina səhrasının adı «Tiyh»-dir.

Həmçinin bu dağa Hurab, Cəbəlullah, Tur, Cəbəli Musa da deyilmışdir. Quranda bu dağa and verilib.

«And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına»   (Tin-2)

Bu dağ 2285 metr dənizin səthində yüksəkdə və 30 (mm) uzunluq fasilə ilə Ureyşin cənubunda yerləşir.

Əllamə Şuərani, Nəsir Tubinin kitabından bu dağın haqqında belə nəql edir:

- Bir çox xristian alimləri öz kitablarında Tövrata istinadən belə fikri irəli sürüb demişlər ki, Şam və Fələstinin sərhəd nahiyələri nöqteyi nəzəri ilə Turi Sinanın həqiqi Turi Sina olmasına yəqinliyimiz yoxdur və həmin nahiyənin əhalisi dağı bu adla tanıyıblar. Onların məşhur nəzərinə görə dağın yuxarısında Rum İmperatorluğu tərəfindən «Katerin» adlı bir kilsə tikilmişdir.

                                                                                                   Turi Sina və memarlıq

Bir çox mənbələrə, o cumlədən Əbu İsaqın nəql etdiyinə gorə bu dağ heykəltəraşlıq və sənət əsərləri ilə də tanınıb. Dağın ətrafında heyvan fiqurları, qaya rəsimlərinə rast gəlmək olar. Bundan başqa Səudiyyə Ərəbistanının antik və muzeylər rəhbərliyinin apardığı arxeoloji təhqiqatı nəticəsində bir sıra əsərlər meydana çıxmışdır ki, onlardan da ən məşhuru qızıldan inşa edilmiş Samiri buzovudur. Misir əhalisinin boyuk bütlərindən sayilan buzov yəhudilərin pərəstiş etdiyi büt olub.

                                                                                                 Horab-da yerləşən qaya

Tarixi mənbələrə əsasən qeyd olunur. İsrail oğulları susuzluqdan şikayət edərkən, Allah-təala Musaya (ə) əsasını bir daşa vurmağı əmr etdi. Qayadan İsrail oğullarının 12 tayfası üçün 12 bulaq qaynayıb coşdu. Tövratda bu hadisədə su çıxan qayanın yarıq olub-olmadığı açıq deyilmir.

Uzun illər geoloqların çalışmaları sayəsində və Cordon Franz-ın «Sina dağı Səudiyyə ərəbistanındadırmı?» kitabından belə məlumat ələ gəlir.

Qayanın altından suyun tökülmə yolu incələndikdə üzərində tonlarca suyun yuyub apardığı yumru daşlar və xirda, möhkəm daş, qaya qırıntıları aşkarlandı. Təbii ki, bu daş parçalarının əmələ gəlməsini böyük bir selin yaranma nəticəsi ilə əlaqələndirə bilmərik. Çünki bu bölgə həmişə quru və səhralıqdan ibarət olub. Hər il yalnız 100 mm-ə qədər yağış yağır. Həmçinin qayadakı eroziya izlərinin heç bir sel səbəbi ilə əmələ gəlməsi mümkün deyl. Çünki bu vadidəki heç bir qayada belə kanallar, yariqlar və ya bu şəkildə erosif izləri aşkarlanmamışdır. Əgər burada güclü sel baş versəydi yalnız bu qayaya aid edilə bilməz və bütün vadini əhatə edərdi. Habelə buradakı Kristal daşların fərqli xüsusiyyətlərini, suyun axdığı bölgənin və qayanın altındakı su axarlarının şəkillərini incələyib belə nəticəyə gəlmək olar ki, qaya bu bölgə üçün qeyri-adidir. Çünki axıntı nəticəsində düm-düz olmuş möhkəm, Kristal, qalıcı daşlar həqiqətən də təbiətdə bənzəri olmayan və geologiyada misli görünməmiş qəribə bir hadisədir.

Bütün bunlar Musanın (ə) əsasının ilahi möcüzəsinə aşkar dəlildir.                                                                                                               

"Quranda coğrafi məkanlar", müəllif: Sara. Ə.     

Mətndən istifadə edərkən saytın və müəllifin adı qeyd olunsun!                       

                                  {dd_yt_videoi}videoid:4kuDnn7G87c{/dd}

                                                                                       Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

                                        


 3482, 

Dostların veb səhifələri

14274400
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3819
8985
33374
14090902
166213
173495
14274400

sizin IP ünvanınız: 34.229.173.107
2024-03-29 13:43

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!