Quran Elmləri

Quranın nuzulu və Besət

 
(7 votes)

Quranın nuzulu və Besət

Quranın nazil olması və Besət (vəhyin başlanğıcı)

Quran neçə mərhələdə nazil olub?  Bəziləri 2-mərhələdə və bəziləri isə 3-mərhələdə deyiblər.

Quran "lövhi-məhfuz"a nazil olub. ("Lövhi-məhfuz" səmada olan

elə bir yerdir ki, onu dərk etmək bizim ağlımıza sığmır.) 

     بَلْ هُوَ قُرْآنٌ مَجِيدٌ

فِي لَوْحٍ مَحْفُوظٍ

Xeyr, o (şe’r deyil) şanlı-şərəfli Qur’andır!

O, lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!) (Buruc surəsi, ayə 21-22)

"Lövhi-məhfuz"dan isə "beytul-məmur"a nazil olub.  Bəziləri qeyd edir ki, "beytul-məmur" peyğəmbərin qəlbidir. O 23-il ərzində tədricən nazil olub. 

                          

شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

 İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) təzim və şükür edəsiniz.  ("Bəqərə" surəsi, ayə-185) 

 

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ إِنَّا كُنَّا مُنْذِرِينَ 

 Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! ("Duxan" surəsi, ayə-3)  

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

 Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi ("lövhi-məhfuz"da dünya səmasına) nazil etdik!("Qədr" surəsi, ayə-1)

 Peyğəmbər (s) 40 yaşında (610-611) Məkkə şəhərində risalətə çatıb. Həmçinin "Besət"in başlanğıcı Hira dağında (mağarada) "Ələq" surəsinin 5-ci ayəsinin nüzulu ilə başlayıb. Bu barədə müsəlmanlar arasında fikir birliyi var. Amma "Besət"in hansı zamanda başlanmasıyla bağlı nəzərlər müxtəlifdir. Bu fikirlər əsasən Quranın nüzulunun hansı zamanda başlaması ilə ixtilaflara səbəb olub. Quranın nazil olması və "Besət"in zamanı haqqında müxtəlif rəylər mövcuddur.

  • 1- Rəcəbin 27-si
  • 2- Ramazan ayının 17-si
  • 3- Ramazan ayının 18-i
  • 4- Ramazan ayının 24-ü
  • 5- Rabiul-əvvəlin 12-si
  • 6- Şəbanın 15-i
  • 7- Rabiul-əvvəlin 8-i
  • 8- Rabiul-əvvəlin 3-ü

Besətin Rəcəb ayının 27-də başlamasına əhli-şiənin etiqadı var. Əhli-beytdən (ə) gələn bir çox rəvayət və dəlillər bu sahədə öz əksini tapır.

 Şeyx Tusi öz “Amal”-ında imam Sadiqdən (ə) nəql edir:  "Rəcəb ayının 27-si peyğəmbərin (s) risaləti başlayıb. Hər kəs bu günü oruc tutsa, onun savabı altmiş ay oruc tutanın savabı qədər olar."

 İmam Kazimdən (ə) nəql olunur: "Allah-təala Muhəmmədi (s) cahan üçün bir rəhmət olaraq Rəcəb ayının 27-si onu peyğəmbərliyə seçdi. Hər kəs bu günü oruc tutsa Allah Təala onun əməl dəftərində altmış ayın orucunu qeyd edər."

 Yenə də imam Sadiqdən (ə) nəql edilir:  "Rəcəbin  27-ci günü orucu tərk etməyin, çünki, bu elə bir gündür ki, Allah Muhəmmədi (s) peyğəmbərliyə layiq görüb və həmin günün orucunun səvabı altmış aya bərabərdir."

Həmin məzmumda digər bir sıra rəvayətlər də mövcuddur. Əhli-sünnənin alimləri "Besət"in Ramazan ayında baş verməsini isbat etmək üçün "Bəqərə", "Duxan" və "Qədr" surələrinin ayələrinə istinad ediblər. Onlar deyiblər ki, Rəcəb ayında bütövlükdə Quran adıyla bağlı bu ayələrdə heç bir söz deyilmir.  Onun Ramazan ayında nazil olmasına dəlalət edən, tam açıq və aydın ayələr bunlardır.

 ...شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ (Quran Ramazan ayında nazil edilmişdir...) - ("Bəqərə" surəsi, ayə-185)

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ (Həqiqətən Biz onu mübarək gecədə nazil etdik.) - ("Duxan" surəsi, ayə-3)

   إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ (Həqiqətən Biz onu Qədr gecəsində nazil etdik.) - "Qədr" surəsi, ayə-1)

 

Və buna əsasən "Besət" Quranın nüzulu ilə birlikdədir. Belə olduqda isə "Besət"in Ramazan ayında baş verməsi həqiqətə daha çox əsaslanır. Amma bu dəlilə gərək belə cavab verilsin.   

    1-Əvvəla bu üç ayə Quranın nazil olma zamanına dəlalət edir. Əslində isə nüzulun yeri, məkanı bu ayələrdən məlum olmur. Əgər "Hira" mağarasında nazil olan ilk ayəni nəzərdə tutulan məqsəd kimi desək, bu ayələrin heç birindən tam aydın olmur.                                 2-Zahiri dəlillərə əsasən "Bəqərə" surəsinin 185-ci ayəsi, "Qədr" surəsinin 1-ci ayəsi Quranın bütövlükdə mübarək gecədə nazil olmasına dəlalət edir. "Duxan" surəsinin 3-cü ayəsi isə Quranın bütöv, kamil surətdə nazil olmasını daha aydın şəkildə çatdırır və burada  أَنْزَلْنَاهُ kəlməsi "kitab" kəlməsinə qayıdır ki, burada ayələrin toplusu, kamil ilahi kitab nəzərdə tutulur. Besətin başlanğıcı isə "Ələq" surəsinin 5-ci ayəsinin nazil olması ilə aydınlaşır.  

                                                                              عَلَّمَ الْإِنْسَانَ مَا لَمْ يَعْلمْ 

    3-Buna əsasən də bu ayələrin məhz peyğəmbərin (s) besəti ilə bağlığını demək olmaz.      Dəyərli “Ət-təmhid” kitabının yazıçısı bu müşkülün digər həlli yolunu belə izah edir, o deyir:  Əhli-beytdən (ə) gələn rəvayətlərə əsasən "Besət" Rəcəb ayında baş verib, amma Quranın nüzulu asimani və həmişəlik ilahi qanunlar ünvanında üç il fasilədən sonra peyğəmbərə nazil oldu. Bu illərdə Peyğəmbərin (s) məxfiyanə dəvəti olmuşdur və bu hadisə bir çox rəvayətlərdə öz əksini tapır. "Besət"dən üç il keçəndən sonra "Hicr" surəsinin 94 və 95-ci ayələri nazil oldu.

                 فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ

(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!

Bu zamandan etibarən Quranın nüzulu ardıcıl olaraq başladı. Başqa bir rəvayətdə qeyd olunur ki, nüzulun müddəti 20-il davam etdi. Belə nəticəyə gəlmək olar ki, Quranın nüzulunun başlanğıcı besətin başlanğıcından sonra, üç il fasilə arasında, Ramazan ayının Qədr gecəsində olmuşdur.

Təmhid digər mətləbində belə bəyan edir:

1-   Quranın nüzulu və "Besət" məsələsi arasında heç bir əlaqələndirici hal mövcud deyil.

2-   "Ələq" surəsinin əvvəlki ayələri "Besət"in başlaması ilə bağlı müjdə olub və nüzul ünvanında hesaba alınmır.

3-   Bir asimani kitab kimi Quranın fasiləsiz nüzulu Ramazan ayında peyğəmbərin (s) "Besət"dən üç il sonra başlamışdır.

4-   Nüzulun müddətinin 20-il davam etməsini rəvayətlər də təsdiqləyir.

5-   Quranın "Ramazan ayında nazil olması" fikrindən məqsəd nüzulun başlanğıcıdır. Çünki bu, mühüm tarixi hadisə kimi qeyd olunur.

Əsaslı dəlillərlə möhtərəm yazıçıların iki mənbəyə istinad etmələri qeyd olunur.

               1-   Tarixi rəvayətlərdə nəzərə çatdırılır ki, peyğəmbərin məxfiyanə dəvətinin müddəti Məkkədə, Besətdən üç il əvvəl olub və bu dəvət "Hicr surəsinin 94-cü ayəsi nazil olana qədər davam etdi.

               2-   Quranın Peyğəmbərə (s) nazil olma müddəti  20-il qeyd edilib, 23-il deyilməyib.

Təmhidin nəzəriyyəsində bir neçə işkal var.

1-   Əli ibni İbrahim Qummi, Yəqubi və Muhəmməd bin İshaqidən (81-ci il) nəql olunur. Onlar da imam Sadiqdən (ə) nəql ediblər. Məxfiyanə dəvətin üç il ərzində, besətin əvvəlinə dəlalət etməsi yalnız gizli dəvətə işarədir. Onların heç birində ayələrin bu üç il ərzində nazil olmamasına toxunulmur. Gizli dəvətlə Quranın nüzulunda ziddiyyət yoxdur. Ziddiyyət yalnız bundadır ki, 3-il ərzində fəqət Ələq surəsinin 5 ayəsi nazil olub və bütün bu nəzərlərə baxışdan sonra həmin mətləb insanda təəccüb doğurur. Çünki bu, nəinki, tarixi hadisələrlə uyğunsuzluq yaradır hətta məxfiyanə dəvətlə bağlı rəvayətlərə də xələl gətirir.

2-   Qeyd olunur, müntəzəm, fasiləsiz nüzul asimani kitab ünvanında bu ayədən sonra oldu. 

... فَاصْدَعْ بِمَا تُؤْمَرُ və bu ayə tərtibi nüzul cədvəlinə əsasən Məkki surələrindən sayılır. Təmhid öz rəvayətlərini İbni Abbas, Cabir bin Zeyd və digərlərindən nəql edib. Hicr surəsi Quranın 54-cü surəsidir. Əgər Təmhid onun tərtibinə təkid edirsə bu doğrudur və gərək qəbul olunsun. Bu ayədən əvvəl 53-surə nazil olub və onu təsdiqləyir ki, məxfiyanə dəvət Quranın nüzulu ilə ziddiyyət daşımır.

3-   Mümkündür, "Besət"in əvvəlində Quran ayələrinin nüzuluna Peyğəmbərin (s) ehtiyacı  başqa zamanlardan daha çox olsun. Bu məsələ Məkki və Mədəni surələri ilə müqayisədə aydın olur və üç il daxilində 53 surə, qalanları isə ümumi dəvət xüsusunda Məkkədə nazil olmuşdur və bu təsdiqlənir.

4-   Başqa rəvayətlərdə Quranın 23 il ərzində nazil olması daha aydın nəzərə çarpır.

5-   Kafi və Təfsiri-Əyyaşinin kitablarında Təmhidin nüzulun 20-il müddəti rəvayəti əks iddia kimi müəyyən olunur.

Bütün bu rəvayətlərdə Quranın nazil olması Ramazan ayında , "beytul-məmur"a enməsi təfsir olunub. Təmhid bu haqda yalnız bir qisim rəvayətə istinad edib, amma biz bu mətni kamil surətdə nəzərdən keçirək.

Həfəsə bin Ğiyas deyir: İmam Sadiqdən (ə) soruşdum: "Quran, nazil olmanı  necə bir gecədə deyir ki, halbuki o, 20-il müddətində əvvəldən axıra kimi nazil olub?" İmam buyurdu:

“Quran bir dəfəyə "beytul-məmur"a nazil olub, sonra onun nüzulu 20-il müddətində davam edib”.

Bu rəvayət Əyyaşinin təfsirində də qeyd olunur. Əyyaşidən gələn rəvayətdə Təmhidin nəzəriyyəsinin əksinə olaraq təkidlə bildirilir ki, Quran Qədr gecəsi bir dəfəyə "beytul-məmur"a enib, nüzulun başlanğıcını isə məhz Ramazan ayına dəlalət etmək olmaz.

                                         Digər nəzərlər

1-    Quranın nazil olma başlanğıcı "Besət"dən üç il sonra olmuşdur və 5 ayə "Besət" zamanında nazil olmuşdur, həmçinin bu Quran ünvanında olmamışdır. "Hicr" surəsinin 94-cü ayəsi nazil olaraq Peyğəmbərə (s) açıq-aşkar dəvət etməyə əmr olundu. Ondan sonra Quran ayə və surələri ilə nazil oldu.

فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ

(Ya Rəsulum!) Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!

2-   Əgər Peyğəmbərin (s) zamanında Həmd surəsi “Fatihətul-kitab” adlandırılırdısa bu, Peyğəmbərə (s) nazil olan kamil surəyə dəlildir. Bəzi rəvayətlərin nəqlinə görə "Besət"dən əvvəlki gün Cəbrayıl (ə) İslam ayinlərini, dəstəmazı və namazı Peyğəmbərə (s) təlim etdi. Buna əsasən “Həmd” surəsinin kamil surətdə nazil olması aydındır, çünki, heç bir namaz Fatihə oxunmamış qəbul deyil.

3-   Quranın "Qədr" gecəsində nazil olması və Peyğəmbərin (s) həyatında 20-il müddətində onun tədricən nazil olması ilə bağlı müxtəlif mətləblərə işarə edilir. Bəziləri Quranın nüzulunun "Qədr" gecəsində başlandığını deyiblər ("Bəqərə" surəsi 185-ci ayə). Mühəqqiqlərin çoxunun bu fikirdə nəzər birliyi var və onlar deyiblər ki, Quranda olan mövzuların bir yerdə, bir gecədə nazil olması mümkün deyil, çünki, əgər belə olsaydı mənalar başa düşülməzdi. Məs: Quranda keçmişdən xəbər verilir, "Qədr" gecəsi isə əvvələ nisbətdir və s.

Quran neçə mərhələdə nazil olub? Bəziləri 2-mərhələdə və bəziləri isə 3-mərhələdə deyiblər.

    1.Quran "lövhi-məhfuz"a nazil olub. ("Lövhi-məhfuz" səmada olan elə bir yerdir ki, onu dərk etmək bizim ağlımıza sığmır.)

    2."Lövhi-məhfuz"dan "beytul-məmur"a nazil olub. Bəziləri qeyd edirki, "Beytul-məmur" peyğəmbərin qəlbidir.

    3.23-il ərzində tədricən nazil olub.   

      Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 5625, 

Dostların veb səhifələri

14272944
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2363
8985
31918
14090902
164757
173495
14272944

sizin IP ünvanınız: 34.239.148.106
2024-03-29 08:49

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!