Print this page

Quran Elmləri

Quranın ahəngi

 
(3 votes)

Quranın ahəngi

Quranın ahəngini və uyğunluğunu düşünək. Bu uyğunluq və ahəng Qurani-Kərimin harasından olursa-olsun baxsaq tam bir nizam təşkil edir. Uca Allah “Hud” surəsinin 1-ci ayəsində belə buyurmuşdur:

الر كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِنْ لَدُنْ حَكِيمٍ خَبِيرٍ

“Əlif, Lam, Ra! Bu, ayələri hikmət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır”.

 

إِنَّمَا يُؤْمِنُ بِآيَاتِنَا الَّذِينَ إِذَا ذُكِّرُوا بِهَا خَرُّوا سُجَّدًا وَسَبَّحُوا بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ

 

“Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər”. (“Səcdə surəsi, ayə-15)

Bu ayənin nömrəsi 15-dir. Qurandakı səcdələrin sayı da 15-dir. İslamda təsadüf yoxdur.

 

Peyğəmbərdən (s) gələnə hədislərə görə Cənnət qapılarının sayı 8 bildirilmişdir. Cənnət əhlinin paltarlarının rənginin isə yaşıl olduğu bildirilmişdir. 

 

أُولَئِكَ لَهُمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِنْ تَحْتِهِمُ الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِنْ ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًا مِنْ سُنْدُسٍ وَإِسْتَبْرَقٍ مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ نِعْمَ الثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًا

 

“Onları (ağacları) altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək (altun qolbaqlar taxacaq), nazik və qalın ipəkdən (taftadan və qumaşdan) yaşıl paltarlar geyəcəklər. O, nə gözəl mükafat, o (Cənnət) necə də gözəl məkandır!” (“Kəhf surəsi, ayə-31)

 

Quranda yaşıl rənginin təkrarlarını araşdırdıqda görürük ki, bu, 8 dəfə, yəni Cənnətin qapılarının sayı qədər zikr olunub.

Quranın maraqlı tərəflərindən biri də Allah-taalanın Cəhənnəmi 7 qapıdan düzəltməsidir.

 

لَهَا سَبْعَةُ أَبْوَابٍ لِكُلِّ بَابٍ مِنْهُمْ جُزْءٌ مَقْسُومٌ 

 

“(Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər”. (“Hicr surəsi, ayə-44)

Peyğəmbər (s) Cəhənnəmin qara və qaranlıq olduğunu bəyan etmişdir. Qurandakı qara kəlməsi də 7 dəfə, yəni Cəhənnəm qapılarının sayı qədər zikr olunub.

Meydan oxuma ayəsi – 19 rəqəmi

Allah-taala “İsra” surəsi 88-ci ayədə belə buyurur:

 

قُلْ لَئِنِ اجْتَمَعَتِ الْإِنْسُ وَالْجِنُّ عَلَى أَنْ يَأْتُوا بِمِثْلِ هَذَا الْقُرْآنِ لَا يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا

(Ya Peyğəmbərim!) De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”.

Bu ayənin kəlmə sayı 19-dur, hərflərin sayı 76-dır, yəni 19 sayının 4 qatı – 4x9. Bu ayəni meydana gətirən əlifba hərflərinin sayı da 19-dur. Hamısını topladıqda 19+76+19=114. Bu sayda Quran surələrinin sayıdır, eyni zamanda da 19 sayının qatlarından meydana gəlmişdir. Ayələri bu şəkildə möhkəm yığan Allah necə də ucadır.

19 sayı – kəf hərfi

Quranda 2 surə müqəttəə hərfləri deyilən 2 hərflə başlamışdır. Bu 2 surə içərisində kəf hərfi vardır. Bunlardan biri (kəf 1) deyə başlayan “Kəf” surəsi, digəri isə müqəttəə hırfi ilə başlayan və içərisində “kəf” hərfi olan (Hə, Mim, Əyn, Sin, Kəf) “Şura” surəsidir. Maraqlı olan “kəf” surəsində kəf hərflərinin sayı 57-dir. Bu sayda 19 sayının qatlarındandır. 19x3=57. “Şura”surəsindəki kəf hərfinin sayı 57-dir. hər iki surədəki kəf hərfinin saylarının toplamı 57+57=114 edir ki, bu da Quranın surələrinin sayıdır. “Kərbəla” sözü də kəf hərfi ilə başlayır. Uca Allahın Qurani-Kərimdə zikr etdiyi maraqlı hallardan biri də Quran surələrindən bir surənin adının “Surətul-ləyl”, yəni gecə surəsi olmasıdır. Bu surə gecənin hər şeyi örtdüyünü təyin edir. Elm adamları da bu həqiqəti kainatda isbat etmişlər. Maraqlı olan başqa bir hal isə bu surənin Qurandakı sıra nömrəsinin 92 olmasıdır. Gecə kəlməsi Quranda 92 dəfə təkrarlanmışdır.

وَاللَّيْلِ إِذَا يَغْشَى

And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə

 

Müəlliflik Hüququ Əbədi Nur  Müəssisəsinə aiddir

 

 

 


 4584,