Tibb

Düzgün qida vaxtı

 
(0 votes)

                                                                                            Düzgün qida vaxtı

Sübh ac qarına yaxşı olar ki, bir fincan otlardan çay dəmlənib içilsin. Məsələn, kəklikotu və digər çaylar. Həmin dəmlənmiş çaya 1 çay qaşığı bal və 1 çay qaşığı təzə limon suyu qarışdır. əgər otlardan tapılmasa 1 ç/q balı yarım stəkan qaynamış ilıq suda həll edib içinə biraz limon sıxıb için. Hər kəs bunu mütəmadi şəkildə edərsə, ayda 1 həftə fasilə versin və sonra yenidən davam etsin. Qeyd etmək lazımdır ki, menustrasiya vaxtı otlu çaylardan istifadə etmək olmaz. Səhər yeməyini aradan götürmək ən səhf əməldir və gərəy yaxşı yeyilsin.Səhər yeməyinə çox vaxt qoyulmalıdır və güclü qidalanma o vaxt üçün çox faydalıdır. Səhər və şam yeməyinə fasilə vermək olmaz və günorta yeməyini aradan aparmaq lazımdır. Əlbətdə bu barədə həkimlərlə məsləhət də lazımdır. Bəzi insanlarda müəyyən xəstəlik səbəbindən onların düzgün şəkildə qidalanması həkim məsləhəti ilə olmalıdır.

Səhər yeməyi 8-dən əvvəl yeyilməlidir və əgər nahar yeyilərsə 1 və 2 arasında yeyilməlidir. Axşam yeməyi isə 8-dən əvvəl yeyilməlidir. Bir yemək zamanı (nahar, sübh, şam) iki növ yeməkdən çəkinmək lazımdır. Məsələn, süfrəyə plob gəlib və onun qarası da var (cücə, ət və s.) Plov üstündəki qara ilə bir növ yemək hesab olunur. Amma bundan əlavəni yeyə bulməzsən. Məsələn, plovun qarası var idi, onu yeyəndən sonra əlavə olaraq plovla cücə də yeyirsən. Bu qidalanmaya ziddir və xəstəliklərə səbəb olur. Hər yemək vədəsində yalnız bir növ yemək yeyilməlidir. Məsələn, dolma yedin, ardından plov, sous və s. arxasınca balıq, olmaz. Hətta isti yeməklərdən əlavə süfrəyə düzülən soyuq yeməklər də yemək növü hesab olunur və çəkinmək lazımdır. Hətta hər yeməkdən bir az götürüb qarışdırmaq da olmaz.

Su yalnız susuzlayan zaman içilməlidir. Heç vaxt suyu arıqlamaq və ya ya mədəni doldurmaq üçün içməyin və bu çox ziyanlıdır. Məsləhət görülmür. Su yeməklə bərabər içilməməlidir. Yeməkdən yarım saat qabaq su içmək olar və yemək bitdikdən iki saat sonra su içmək olar. Həmçinin, su şəklində olan heç bir maye qəbul edə bilməz. Bunlara riayət etməmək qəbizliyə və kökəlməyə səbəb olur. Suyu düzgün içməmək ən mühüm səbəbdir, düzgün həzm olunmur, mədədə köp əmələ gəlir və həmçinin piylənməyə meyillik yaranır. Ən yaxşı olar ki, içdiyimiz su qaynamış, ilıq və ya azca sərin olsun. Soyuducuda saxlanılmış su qəti qadağandır. Suyun içinə buz atmaq da bu qəbildəndir və salamatlıq üçün zərərlidir. Su içmək o həddə olmamalıdır ki, insan idrara çox getsin (ayaqyolu) və sidiyi rəngsiz görünə (qəlizlikdən çıxmaya). Bu hal daxildə prossesin düzgün getmədiyini göstərir. Suda həddi aşmaq olmaz.

Yavaş yeməliyik, yeməyi çox çeynəməliyik, yeməkdə tələsmək olmaz. əgər vaxtın yoxdursa yemə, bir stəkan şərbət iç. Yeməyi streslə yemək olmaz və təsiri ağırdır. Yeməyi tez-tez yemək, udmaq bunlar mühüm amillərdir ki, kökəlməyə və qara ciyərin piylənməsinə gətirib çıxarır. Amma yeməyi yavaş-yavaş yemək və çoxlu çeynəmək kamil surətdə həzmə səbəbdir.

  İlahiyyatçı: Səadət Əlizadə

                                                                                        Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə Məxsusdur


 91, 

Dostların veb səhifələri

7147807
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3754
7684
32327
6957931
169889
199289
7147807

sizin IP ünvanınız: 3.238.107.166
2020-11-26 09:54

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!