Yazar Qələmlər

Əmmamənin tarixi

 

Əmmamənin tarixi


(İslam və islam ölkələrində)
Başa əmmamə qoymaq Hicaz (Məkkə, Mədinə) camaatının adəti idi. Ömər ibn Əbdul Əziz ibn Əbdur-rəhman ali səud 1929-cu ildə hakimiyyətə gəldi. Əmmamə qoymağı qadağan etdi. Bütün dövlət işçilərinin əba geyinmələri, əmmamə əvəzinə başlarına dəsmal atmalı və dəsmalın üzərindən halqa qoymaları haqqında əmr verdi. O vaxtdan başa əmmamə qoymaq adəti unuduldu.


1-Nisai, Temizi və Deyləmidən gəlmiş rəvayətlərə əsasən, peyğəmbər (s) həmişə başına qara əmmamə qoymuşdur və onun bir tərəfini sol çiyni üstə atarmış.


2-Peyğəmbər (s) İmam Əlini (ə) xeybər döyüşünə göndərdiyi zaman, onun başına qara əmmamə qoydu və əmmamənin bir tərəfini onun sol çiyni üstə atmışdır.


3-Məaz ibn Cəbəl qeyd edir ki, peyğəmbər (s) buyurmuşdur: "Başınıza əmmamə qoyun. Çünki o, mələklərin siması və ərəblərin tacıdır".


4-Aişə qeyd edir ki, peyğəmbər (s) səfərdə olanda ağ əmmamə, səfərdə olmayanda isə qara əmmamə qoyardı.


5-Cəbrail əmmamə ilə peyğəmbərə nazil olardı.


6-Abdullah ibn Abbas deyir: Bədr döyüşündə mələklərin siması ağ əmmamə ilə idi.


Mənbə:
"Mədinədə şiə və sünni bəhsi". Səhifə-258.
"Tarixul qavim li məkkəti və beytil kərim". Cild-3. Səhifə-199.

 

Əmmamə bir məsuliyyətdir


Qədim dövrlərdən bugünki dövrə qədər əmmamə, alimlərin və tələbələrin şüarı olmuşdur. Misir, Yəmən, Suriya, İrak, Əfqanistan, Pakistan, Hindistan, İran və diğər müsəlman ölkələrində müxtəlif rəng və formalarda başlarına qoymuşlar.


Zaman ötdükcə əmmamə sırf ruhani təbəqəyə aid oldu. Hər bir şəxs və müəyyən dini bilgiləri oxumayan şəxslər əmməni başlarına qoymaqdan çəkindilər. Təyin edilmiş dini bilgiləri İslam akademiyasında (hovzə) öyrənən və imtahanlardan uğurla keçən tələbələrə, alimlər ya ustadlar tərəfindən onun başına əmmaməni qoyarlar. Şiə əqidəsində oxuyanlar üçün əmmamənim xüsusi forması və rəngi var. Seyyidlər qara, seyyid olmayanlar isə ağ əmmamə qoyar. Onun neçə metr olması önəmli deyil. Kiminsə elminin çoxluğu əmmamənin böyük, kiçik ya rəngi ilə ölçülmür. Əmmamə alan şəxs Hoccətul islam vəl müslimin (islam və müsəlmanların dəlili) elmi pilləsinə malik olur. Hovzədə 4-5 il təhsil almaqla əmmamə almaq olur. Tələbənin başına əmmamə qoyan ustadlar belə deyər: "Allah islamı sənin şərrindən qorusun". Buda əmmamənin nə qədər məsuliyyət tələb etməsini bildirir.
Peyğəmbər (s) buyurmuşdur: "Əmmamə ilə qılınan 2 rəkər namaz, əmmaməsiz qılınan 4 rəkət namazdan üstündür".
(Vəsailuş-şiə. 64-cü bab. Hədis-1)


Mənbə:
-Mədinədə şiə və sünni bəhsi. Səhfə 258.
-Tarixul qavim liməkkəti və bəytillahil kərim. Cild-3. Səhfə-199
Tərcümə edən və əlavələr:

Beynəlxalq Aykido Akademiyasının üzvü 1-ci kyu (qəhvəyi kəmər)

İlahiyyatçı, islamşünas, aykido müəllimi Muhəmməd Nicat

 

MÜƏLLİFLİK HÜQUQU ƏBƏDİ NUR MÜƏSSİSƏSİNƏ AİDDİR

 


 4780, 

Dostların veb səhifələri

14386270
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4568
5858
14007
14222443
94994
183089
14386270

sizin IP ünvanınız: 3.17.6.75
2024-04-16 12:00

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!