Yazar Qələmlər

Geyim insana xarakter verir

 
(0 votes)

                                                                                             Geyim insana xarakter verir

Geyim insanı istidən və soyuqdan qoruyur. İslam dini digər məsələlər kimi geyimə də xüsusi diqqətlə yanaşır. Belə ki, geyim rahat və sadə olduğu kimi həm də cəlbedici olmamalıdır. Çünki bu hal insanda təkəbbürlük (yəni lovğalıq) hissi yaradır. Bundan əlavə belə geyimlər kasıb və fəqirləri utandıra bilər. Bunlara səbəb olmaq haram və günahdır. Biz isə dünyaya günah üçün deyil savab üçün göndərilmişik. Əlbəttə hər yerin öz geyimi var yəni ev geyimi, məktəb geyimi, qonaqlıq geyimi, həyət geyimi, gəzmək geyimi. Bunların yerini dəyişdirəndə çox eybəcər və xoşagəlməz bir mənzərə yaranır. Ən əsası isə odur ki, harda geyinməyindən asılı olmayaraq geyim təmiz olmalıdır.

Dinimizdə pambıq, kətan,yun, qızların bu parçalardan və ipəkdən olan geyimlərdən istifadə etməsi tövsiyə olunur. Bundan əlavə rənglər müxtəlifdir ancaq ağ və açıq rəngli paltarlar daha çox təkid edilir. Yaşıl rəngdə geyinmək savabdır. Lakin xüsusi bir hal var ki, o zaman qara rəngdən istifadə etməyin savabı var. Təbii ki, bu da İmam Hüseyn (ə)ın şəhadət ayı olan Məhərrəm ayıdır. Peyğəmbər Məkkəyə daxil olarkən başında qara sarıq yəni-əmmamə vardı. Bayram günlərində, cümə günlərində təzə və gözəl paltar geyinmək savabdır. Geyim dar və sıxıcı olmamamlıdır. İmkan daxilində çox köhnəlmiş və ya çox bahalı geyim geyinilməməlidir. Həzrət Əlidən (ə) gələn bir hədisə görə sarı ayaqqabı sevinc gətirər. Yaşılın çalarları ilə olan rəngli geyimlər insanın gözünü rahat edir. Tünd rəngli və sadə çeşidli geyimlər təmkinlik yaradır. Əlbətdə, geyim insanın məsləyi ilə də əlaqəlidir.

Qızların geyimi açıq şəkildə səmavi kitab olan Qurani kərimdə qeyd edilib.

وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الْإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَى عَوْرَاتِ النِّسَاءِ وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِنْ زِينَتِهِنَّ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُو

 “Mö’min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey mö’minlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)” Nur surəsi 31

Bunu da unutmayaq ki, geyim insanın xasiyyətinə, rəftarına və hərəkətlərinə də təsir qoyur. İslam dinində nisbətən rahat geyimlər tövsiyyə olunub, o cümlədən, qadağan və məzəmmət olunmuş geyimlərin bir başa insanın səhhəti ilə əlaqəsi var. Hətta müasir tibdə buna sübutlar da var. Məsələn, qızların dar şalvar geyinməsi, bu geyim əsrimizdə çox bəyənilən və rahat görünsə də həqiqətdə onun çox zərəri var və biri budur ki, mütəmadi şəkildə dar qalın, cins şalvar geyinən gənc xanımın gələcəkdə sonsuzluqla üsləşəcəyi təbiidir. Çünki dar şalvarın nəticəsində qadının çanaq sümüyü tədricən defarmasiyaya uğrayır və daxili əyilmə baş verir. Oğlanların qız kimi,qızların oğlan kimi geyinməsi olmaz. Çünki geyim bəzən insanda xarakter formalaşdırır, məxsusən gənc təbəqədə bu xüsusiyyət tez yaranır. Diqqət etsəniz, oglan geyiminə üstünlük verən xanımlar artıq öz xanımlığını unudur və özünün kişi kimi hiss edir. Beləliklə onun davranışı, hərəkətləri, düşüncələri də bu istiqamətdə yer alır. Bu heç də yaxşı hal deyil. Eləcə də kişilər bəzən qadın geyiminə oxşar geyimlərdən istifadə edirlər. Əslində bunun fərqini hiss etmirlər, çünki geyim modaları zaman keçdikcə yavaş-yavaş dəyişir. Məsələn, şalvar bu il bir az dar idisə, gələn il əvvəlkindən bir az daha daralır. Yaxud, corab uzun idisə, getdikcə qısalmağa başlayır. Beləliklə, şalvar daralır, qısalır, corab da həm qısalır və həm də qadın corabına bənzər şəkilli model alır. Kişilər üçün belə geyim onların əsl xüsusiyyətlərinə ziddir və gərək bu cür geyimlərdən istifadə etməsinlər. Bu gün onlara xoş gələ bilər, amma zaman keçdikcə bu dəyişiklik elə bir həddə çata bilər ki, artıq klona bənzəyərlər. İstər qadın, istərsə də kişi olsun, hər bir müsəlman diqqət etməlidir ki, geyindiyi paltar onun milli-mənəvi xarakterinə zidd olmasın. Geyim bəzəkli ola bilər, amma əgər geyim onun əsl-nəcabətini azacıq da olsa özündə əks etdirmirsə bir müddətdən sonra hiss etmədən onun milliyətini, xarakterini dəyişəcək. Unutmayaq ki, biz bir müsəlman xalqıq və geyimimiz də öz mənşəyimizə xas olmalıdır. 

İlahiyyatçı: Sara. Ə. 

                                                                               Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir 

  


 91, 

Dostların veb səhifələri

7148025
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3972
7684
32545
6957931
170107
199289
7148025

sizin IP ünvanınız: 3.238.107.166
2020-11-26 10:28

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!