Yazar Qələmlər

İmam Hüseyn (ə) hərəkatının mahiyyəti

 
(0 votes)

                                                                                             İmam Hüseyn (ə) hərəkatının mahiyyəti

https://youtu.be/1MrLPtdHqYg

İmam Hüseynin (ə) müqəddəs qiyamının mahiyyəti hər kəsi düşündürən bir məsələdir.

İmam Hüseyn (ə) hərəkatı zamanı tanıma yollarını bizə öyrədir

Kərbəla hadisəsi elə bir vaqiyədir ki, həmin olayda daim insanların bilmək istədiyi incə mətləblər var və bitmir. Hər dəfə bu mövzunu araşdırdıqda sanki yeni bir məlumat əldə etmiş oluruq. Kərbəla faciyəsi İslamı yaşatmaq uğrunda insanların tökdüyü qandır. İslam Dini meydana gəldiyi zamandan hər dövrə məxsus bir ayrı cür təhlükəylə üzləşib. Və Kərbəladakı mübarizə həmin məqam idi ki, İslamın aradan getmə təhlükəsini dəf etdi.

Qeyd etdik ki, imam Hüseynin (ə) hərəkatı məxsusən zamanı tanıma yollarını bizə çatdırır. Necə? Yəni, hər bir inanclı müsəlman öz dövrünü yaxşı tanımalıdır. Möminin ilk növbədə zəmanəsini tanıması və ona görə davranması şərtdir. Əgər bu cür olmazsa, onun həm dini və həm də imanı təhlükədə olacaq.

Dində zamanı tanıma meyarı əsasdır

İmam Hüseynin (ə) müqəddəs qiyamının mahiyyəti

Burada məqsəd dinimizin hansı zamanda hansı təhlükəylə üzləşməsi və buna qarşı bizim vəzifəmiz nədir, bundan ibarətdir.

Dinimizi qorumağın zamanla əlaqəsini bizə hədislər daha yaxşı tanıtdırıb. Bir hədisdə deyilir ki, həqiqi İslama iman gətirib əməl edənləri axmaq və ağılsız adlandırarlar. İmam Sadiq (ə): “Tezliklə elə bir zaman gələr ki, dindarların içərisindən bir dəstəsi nicat tapar. Camaat onları axmaq adlandırar. Onlara axmaq və ağılsız deyildikdə dinlərinə xatir bütün bu sözlərə səbr edərlər”.

Həqiqətən, görürük ki, cəmiyyət belə bir xəstəliyə düçar olub. Hər kəs halal-harama riayət edirsə, günahlardan qorunursa, vacib əməlləri yerinə yetirirsə, camaat onu ağılsız hesab edər. Bir nəfər deyir: Mən vəzifədə işləyirdim. Günlərin birində öz rəisimdən məni azad etməsini xahiş etdim və o məni ağılsız adlandırdı. Səbəb bu idi ki, həmin işdə halal harama qarışmışdı və aqibətimi düşündüm o işi tərk etdim. Lakin məni ağılsız adlandırdılar. Fikirləşdim ki, əvvəl-axır bu dünyadan köçəcəm və bütün bunların cavabını məndən istəyəcəklər. Yaxşısı budur elə bu başdan öz hesab-kitabımı düzəldim. Qərara almışam ki, hətta göyərti satım ailəmi halal pulla dolandırım. Belə dedikdə mənim rəisim yanındakılara dedi ki, bunun başı əməlli-başlı xarab olub. Deyir mən onun bu sözünü qəbul etməyə razı oldum, lakin onu-bunu soyub ruzi qazanmağa razı olmadım.

Dində zamanı tanımanın 2-ci meyarı

Şəriət hökmlərini dəyişmək

Zaman gələr ki, insanlar şəriət qanunlarını təhrif etməyə çalışarlar və müsəlmanları çaşqınlığa salarlar. Hal-hazırda biz bunun şahidi oluruq. Allah Təala Quranda bizə buyurur: “Bizim Rəsulumuz sizə nə verirsə, götürün və sizə nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun ki, Allah şiddətli cəza verəndir”.

Ayənin anlamı budur ki, əgər Peyğəmbər (s) və Əhli-Beyt (ə) bir şeyin halal yaxud haram olduğunu bəyan edirsə, onların sözü bizim üçün höccət və qanundur. Çünki, Allah bu işə onları təyin etmişdir. Allah onlardan başqa heç kimə icazə vermir ki, kimsə özündən halal, yaxud haram düzəltsin. Kiminsə xoşu gəldiyi şeyə halal, xoşu gəlmədiyi şeyə haram deməyə ixtiyarı yoxdur. Kiminsə xoşu gəlib-gəlməməsindən asılı olmayaraq Allahın halal etdiyi halal, haram etdiyi də haramdır.

Bəzən şəriət qanununu dəyişməyə çalışırlar. Məsələn, bilirik ki, dəstnamazda suyun kamil şəkildə bədən üzvlərinə çatması üçün müəyyən şeylər maneədir və onları aradan qaldırmaq lazımdır. Lakin son zamanlar müəyyən qrup insanlar öz şəxsi rəylərinə əsasən belə bir fikri irəli sürüblər və deyirlər ki, dırnağın üstündəki zinət vasitəsi suya maneə deyil. Çünki, dırnaq sümükdən ibarətdir və dəstəmaz suyu əsasən bədən üzvlərinin ət hissəsinə çatmalıdır. Və bunu elə bir adamdan eşidirlər ki, həmin şəxs dini elmi olan adam kimi el arasında tanınır. Əslində bu da zəmanənin bəlalarından biridir. Çünki, bu işi görənlər düşünürlər ki, artıq bizim zəmanəmizdə insanları inandırmaq üçün yeni bir metod lazımdır. Necə edək insanların şəriətə olan inancını sarsıdaq? Təbii ki, insanları tam olaraq şəri hökmlərdən ayırmaq mümkün olmadıqda bunun kimi metodlara əl atırlar ki, ibadət əhli çaşqınlıqda qalsın. Bu təhrifi tam olmasa da nisbətən insanlara təlqin edə bilirlər. Bəli, bir ömür ibadətlə məşğul olan bir xanım düşünür ki, mən niyə bu zinətdən məhrum olmalıyam?

Əgər biz son 10 və ya 15 ildə dini cərəyanların hansı səmtdə yer aldığına diqqət etsək görərik ki, fərqlidir. İnsanları dindən uzaqlaşdırmaq üçün hər ildə yeni bir plan hazırlanır. Və son ildə şəriət hökmlərini yüngülləşdirmək, insanları boyunlarında olan şəri vəzifədən uzaqlaşdırmaq planıdır. Ramazan ayında Fitr bayramında təzə ayın görünməsi ilə bağlı məsələni o qədər böyüdürlər, az qalır camaat arasında fikir ayrılığı təfriqəyə gətirib çıxara. Halbuki, hər iki tərəfin həm namazı və həm də orucu düzgündür. Odur ki, müsəlmanlar belə məsələlərdə çox diqqətli olmalıdırlar. İmam Hüseynin qiyamının mahiyyəti bu idi. Dini qanunları təhrif etmək istəyirdilər və o, İslamı qorumaq uğrunda savaşdı.

Təbii ki, bizdə öz zəmanəmizdə dində bu kimi dəyişikliklər gördükdə biganə qalmamalıyıq. Şəriət qanunları, hansı ki, bu qanunların yaşanmasında Hüseynin qanı töküldü, necə ola bilər ki, biz onu qorumayaq? Cəmiyyətin bir qrup fərdləri bu məsələnin ciddiliyini hələ də dərk etmirlər. Məhərrəm ayında İmam Hüseynin (ə) əzadarlığını saxlayırlar, lakin, şəriət qanunları arxa planda qalıb. Daha düşünmürlər ki, şəriəti qoruyan, yaşadan Hüseynin qiyamıdır. Onun zamanında qiyam vacib idi. Çünki, Quranın aradan getmə təhlükəsi var idi. O öz zəmanəsini yaxşı tanıdı və bu işi gördü. Dində zamanı tanıma meyarı budur. Bizim zəmanəmizdə isə din başqa cür təhlükəyə məruz qalıb. İslamı yer üzündən silmək istəyənlərin xüsusi planları var və bunu həyata keçirirlər. Müxtəlif heç müsəlmançılıqla əlaqəsi olmayan mədəniyyətlər, törəmlər, ən-ənələr və əyləncə növləri bu gün cəmiyyətin gözündə cilvələndirilir və elə bir həddə tanıtdırılır ki, artıq cəmiyyət onu yenilik kimi qəbul edir. Çünki, insanlar daim yenilik xoşlayırlar və niyə də bu yeniliyi İslam ən-ənələri ilə həyata keçirməyək. İslamın düşmənləri əsli-kökü olmayan, lazımsız, puç bir şeyi gözəl bir şəkildə təqdim edirlər. Lakin, biz bu cür gözəl, möhtəşəm, pak bir dini olduğu kimi təqdim edə bilmirik. Və gərək biz də yeni metodlar düşünək, əlbətdə, İslam qanunları çərçivəsində. Odur ki, bu işdə hamımız bir-birimdən kömək alaq və İmam Hüseynin (ə) misiyasını qoruyaq. Allahın köməkliyi ilə İslamın layiqli xadimlərimdən olaq.

Seyyid Əli Əkbər Ocaq Nejat ağanın “Quranda xitablar” kitabından istifadə olunmuşdur.

Hazırladı: İlahiyyatçı, Sara. Ə.

                                                                                      Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir 


 99, 

Dostların veb səhifələri

7147756
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3703
7684
32276
6957931
169838
199289
7147756

sizin IP ünvanınız: 3.238.107.166
2020-11-26 09:28

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!